Əl-Bəqərə surəsi · 191-ci ayə

Onları (Məkkə müşriklərini) harada ələ keçirsəniz öldürün və sizi qovub çıxardıqları yerdən (Məkkədən) qovub çıxardın. Fitnə (onların Allaha şərik qoşmaları, müsəlmanları incitmələri və Məkkədən çıxarmaları) öldürməkdən daha pisdir. Onlar sizinlə Məscidül-Həramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Beləliklə əgər sizinlə (orada) vuruşsalar, onları öldürün ki, kafirlərin cəzası elə odur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 191
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onları (heç bir cinayətdən çəkinməyən bütpərəstləri) harada tapsanız öldürün. Və sizi çıxardıqları yerdən (Məkkədən) onları çıxarın. Fitnə (şirk və işkəncə) qətldən pisdir. Məscidül-həramın yanında onlarla vuruşmayın. Bir şərtlə ki, onlar həmin yerdə sizinlə savaşmayalar. Əgər sizinlə savaşsalar, onları (həmin yerdə) qətlə yetirin. Kafirlərin cəzası belədir.”
Nöqtələr
Bu ayədə Məkkə müşriklərinin qətl və ixrac əmri verilir, eləcə də, bu işə dəlil olaraq bildirilir ki, onlar illər boyu müsəlmanlara işkəncə vermiş, yurd-yuvalarından didərgin salmışlar. Bu isə qətldən də ağır işkəncədir. Belə ki, müsəlmanlar müşriklərlə mübarizə və savaşda süstlük göstərməməlidirlər.
Sual: Nə üçün işkəncə qətldən ağır sayılır?
Cavab: Qətlə yetirilmiş insan dünya həyatından ayrılıb axirətə qovuşur. İşkəncəyə məruz qalan insan nə axirətə yetişir, nə də dünyadan kam ala bilir.
Bildirişlər
1. Müəyyən məqamlarda düşmənə onun özü kimi cavab vermək və sərtlik göstərmək lazımdır.
2. Ədalətli müdafiə təkcə cəbhə və savaş deyil.
3. Dinlər insanın vətən haqqına malik olmasını qəbul edir.
4. Fitnəkar insan müharibə aparan insan kimidir. Onunla sərt şəkildə rəftar edilməlidir.
5. Hərəm və Məscidül-Həram müqəddəsdir. Müsəlmanların qanı isə daha müqəddəsdir. Burada "əhəmm” və "mühümm” məsələləri bəyan olunmuşdur.
6. Savaşda qabağa düşməli olmadığımız kimi, müqəddəslikləri sındırmaqda da qabağa düşməməlisiniz.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 191-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 191-ci ayəsi nə haqqındadır?
Onları (Məkkə müşriklərini) harada ələ keçirsəniz öldürün və sizi qovub çıxardıqları yerdən (Məkkədən) qovub çıxardın. Fitnə (onların Allaha şərik qoşmaları, müsəlmanları incitmələri və Məkkədən çıxarmaları) öldürməkdən daha pisdir. Onlar sizinlə Məscidül-Həramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. B...
Əl-Bəqərə surəsi 191-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 191-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 191-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 191-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 191-ci ayənin təfsiri nədir?
"Onları (heç bir cinayətdən çəkinməyən bütpərəstləri) harada tapsanız öldürün. Və sizi çıxardıqları yerdən (Məkkədən) onları çıxarın. Fitnə (şirk və işkəncə) qətldən pisdir. Məscidül-həramın yanında onlarla vuruşmayın. Bir şərtlə ki, onlar həmin yerdə sizinlə savaşmayalar. Əgər sizinlə savaşsalar, onları (həmin yerdə) qətlə yetirin. Kafirlərin cəzası belədir.” Nöqtələr Bu ayədə Məkkə müşriklərinin qətl və ixrac əmri verilir, eləcə də, bu işə dəlil olaraq bildirilir ki, onlar illər boyu müsəlmanl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.