Ali-İmran surəsi · 94-cü ayə

Buna görə də kim bundan sonra Allaha yalan nisbət versə (və Tövratın haram etdiyi şeylərin keçmiş şəriətdən qalmasını desə), məhz onlardır zalımlar!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 94
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bundan sonra hər kəs Allaha yalan aid etsə, onlar zalımdırlar.”
Nöqtələr
Təfsirdə deyilir ki, Bəni-İsrail dəvə əti və dəvə südünü haram etməməsini İslam peyğəmbərinə eyb tuturdular. Onlar bununla İslam ayinlərinin İbrahim, Musa və İsa ayinləri ilə uyğun gəlməməsini bildirmək istəyirdilər. Bu ayə onlara cavab olaraq nazil edildi və bəyan olundu ki, bütün qidalar Bəni-İsrail üçün halal idi. Yalnız həzrət Yaqub bəzi qidaları özünə haram etmişdi. Bəzi təfsirlərdə bildirilir ki, həzrət Yaqub dəvə əti ona zərərli olduğu üçün bu ətdən istifadə etmirdi. Bəni-İsrail isə bunu şəri və əbədi bir qadağa kimi qəbul etmişdi.("Təfsire-Əyyaşi”, c. 1, səh. 184. )
İnsanın ağzında dad verən şeylər "təam” adlanır. "Hill” sözü "iqd” sözünün müqabilində işləndikdə azadlıq mənasını verir.
Bildirişlər
1. Qidaların halallığı səmavi dinlərdə dəyişməz bir əsasdır.
2. Dəlilsiz və şəri qadağasız halalları haram bilməyin.
3. Ən yaxşı dəlil qarşı tərəfin əqidə və səmavi kitabından olan dəlildir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 94-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 94-cü ayəsi nə haqqındadır?
Buna görə də kim bundan sonra Allaha yalan nisbət versə (və Tövratın haram etdiyi şeylərin keçmiş şəriətdən qalmasını desə), məhz onlardır zalımlar!
Ali-İmran surəsi 94-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 94-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 94-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 94-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 94-cü ayənin təfsiri nədir?
"Bundan sonra hər kəs Allaha yalan aid etsə, onlar zalımdırlar.” Nöqtələr Təfsirdə deyilir ki, Bəni-İsrail dəvə əti və dəvə südünü haram etməməsini İslam peyğəmbərinə eyb tuturdular. Onlar bununla İslam ayinlərinin İbrahim, Musa və İsa ayinləri ilə uyğun gəlməməsini bildirmək istəyirdilər. Bu ayə onlara cavab olaraq nazil edildi və bəyan olundu ki, bütün qidalar Bəni-İsrail üçün halal idi. Yalnız həzrət Yaqub bəzi qidaları özünə haram etmişdi. Bəzi təfsirlərdə bildirilir ki, həzrət Yaqub dəvə ət...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.