Ali-İmran surəsi - Ayə: 95

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 95
De: «Allah doğru buyurdu (ki, Tövratın haram etdiyi şeylər əvvəlki şəriətlərdə və İbrahimin dinində halal olub). Buna görə də haqpərəst olan və müşriklərdən olmayan İbrahimin dininə tabe olun.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 95. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 95 MÖHSÜN QƏRAƏTİ.

"(Ey peyğəmbər,) de ki, Allah doğru deyir. Haqpərəst İbrahimin ayinlərinə itaət edin, o, müşriklərdən deyildi.”
Nöqtələr
Azğınlıqdan uzaqlaşıb hidayət və doğru yola üz tutan şəxsə "hənif” deyilir.
Bildirişlər
1.Özünü İbrahim davamçısı sayan kitab əhli müvəhhid (tək Allahçı) olmalıdır. Çünki, İbrahim müşrik deyildi.
2. İbrahimin haqpərəstliyi onun ayinini möhkəmləndirdi.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.