Ali-İmran surəsi - Ayə: 93

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 93
Tövrat nazil olmamışdan qabaq İsrailin (Yəqubun xəstəliyə və ya etdiyi nəzrə görə) özünə haram etdiyi şeylərdən (dəvə əti və südündən) başqa bütün yeməklər İsrail övladlarına halal idi. (Deməli pak olan şeylərdən bəzilərinin Tövratda haram edilməsinin səbəbi onların keçmiş şəriətdən qalmaları deyil, İsrail övladlarının günahlarıdır.) De: «Əgər doğru deyirsinizsə (belə deyilsə) onda Tövratı gətirin və onu oxuyun (ki, Tövratda haram edilən yeməklərin cəza xarakterli hökmlər olması sübuta yetsin).»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 93. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 93 MÖHSÜN QƏRAƏTİ.

"Bütün qidalar və xörəklər Bəni-İsrail üçün halal idi. Yalnız Tövrat nazil olmamışdan qabaq İsrailin (Yaqubun) özünə haram etdiyi şeylərdən başqa! De ki, əgər düz deyirsinizsə (ki, bunlar əvvəlcədən Tövratda haram olmuşdu), Tövratı gətirin və onu tilavət edin. (Görün ki, bir çox şeyləri vəhy nazil olmadan özünüzə haram etmisiniz.)
Müəllif: MÖHSÜN QƏRAƏTİ.