Ali-İmran surəsi · 77-ci ayə

Həqiqətən, öz əhd-peymanları və andları(nı - dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 77
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, Allahla əhdi və öz andlarını ucuz qiymətə satanların axirətdə bir payı yoxdur. Allah qiyamətdə onlarla danışmaz, onlara nəzər salmaz və onları pak etməz. Onlar üçün dərdli bir əzab vardır.”
Nöqtələr
Bu ayədə əhdi sındıranlar beş növ ilahi qəhr və qəzəblə hədələnirlər: Axirətdə əli boşluq, Allahın xitabından məhrumluq, ilahi lütf nəzərindən uzaqlıq, günahdan paklanmamış qalmaq, dərdli əzaba düçar olmaq.
Şiə və sünni rəvayətlərində həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "Əmanətə vəfa etməyənin imanı yoxdur və öz əhdinə vəfa qılmayan dinsizdir.”("Təfsire-Məraği”; "Təfsire-Nurus-səqəleyn”. )
Bəzi rəvayətlərdə nəql olunmuşdur ki, "Əhdillah” dedikdə Tövratda İslam peyğəmbəri ilə bağlı bəyan olunmuş həqiqətlər nəzərdə tutulur. Bu həqiqətlər yəhudi alimləri tərəfindən təhrif olunmuşdur.
Allah tərəfindən salam ünvanlanmış kəslərin vəziyyəti ilə Allahın üz çevirdiyi kəslərin vəziyyətini müqayisə edək. Belələrinin naləsi ilahi bir nida ilə kəsilir.(Bax: "Yasin”, 58; "Möminun”, 108. )
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs and içməklə öz qardaşının var-dövlətini nahaqdan yesə Allahın qəzəbinə düçar olar.” Sonra həzrət uyğun ayəni tilavət etmişdir.("Təfsire-Nurus-səqəleyn”. )
Həzrət Əli (ə) buyurmuşdur: "Qiyamətdə Allahın nəzəri dedikdə, Onun mərhəmət nəzəri başa düşülür. Əlbəttə ki, söhbət zahiri gözlə olan baxışdan getmir.("Təfsire-Bürhan”, c. 1, səh. 293. )
Bildirişlər
1. İnsanın yanında xalqın əmanəti ilahi əhddir. Əvvəlki ayələrdə oxuduq ki, bəziləri xalqın əmanətini qaytarmır. Bu ayədə isə "xalqın əmanəti” təbiri əvəzinə "əhdillah” təbiri işlədilmişdir.
2. Əhdi pozmaq kəbirə günahlardandır. Quranda heç bir günah haqqında bu sayaq ardıcıl hədələr sadalanmamışdır.
3. Yalan and qiyamətdə məhrumluq səbəbidir.
4. Dünyapərəstlik əhdi pozmağın köküdür.
5. İnsan heç bir qiymətə əhdi pozmamalıdır. Əhdə vəfasızlığın dəyəri hər nə olsa azdır.
6. Qiyamət cəzaları insanın əməllərinə mütənasib olur. Allaha etinasızlığımız Allahın etinasızlığı səbəbidir.
7. Axirət əzabı həm cismə, həm də ruha aiddir. Cisimlə bağlı cəza dərdli əzab, ruhla bağlı cəza Allahın üz döndərməsidir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 77-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 77-ci ayəsi nə haqqındadır?
Həqiqətən, öz əhd-peymanları və andları(nı - dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onla...
Ali-İmran surəsi 77-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 77-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 77-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 77-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 77-ci ayənin təfsiri nədir?
"Həqiqətən, Allahla əhdi və öz andlarını ucuz qiymətə satanların axirətdə bir payı yoxdur. Allah qiyamətdə onlarla danışmaz, onlara nəzər salmaz və onları pak etməz. Onlar üçün dərdli bir əzab vardır.” Nöqtələr Bu ayədə əhdi sındıranlar beş növ ilahi qəhr və qəzəblə hədələnirlər: Axirətdə əli boşluq, Allahın xitabından məhrumluq, ilahi lütf nəzərindən uzaqlıq, günahdan paklanmamış qalmaq, dərdli əzaba düçar olmaq. Şiə və sünni rəvayətlərində həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur:...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.