Ali-İmran surəsi - Ayə: 76

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 76
Xeyr, (müsəlmanların sizin üzərinizdə haqları var, çünki) kim öz(ünün dinə sadiq qalmaq barəsindəki) əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz, Allah da təqvalıları sevir (və Allahın dostunun başqaları üzərində haqqı vardır).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 76. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 76 MÖHSÜN QƏRAƏTİ.

"Bəli, hər kəs öz əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz, Allah təqvalıları sevir.”
Nöqtələr
Aşağıdakı hallarda əhdə vəfa etmək lazımdır:
a) Allahın fitrət və ya peyğəmbərlər vasitəsi ilə insanlarla bağladığı əhd.(Bax: "Yasin”,, 60. )
b) İnsanın Allahla bağladığı əhd.(Bax: "Tövbə”, 75. )
v) İnsanın xalqla bağladığı əhd.(Bax: "Bəqərə”, 177. )
q) Rəhbərin ümmət və ümmətin rəhbərlə əhdi.(Bax: "Ənfal”, 56. )
Bildirişlər
1. Yanlış düşüncələr qarşısında mövqe tutun. Adətən, öncəki məntiq və təfəkkür rədd olunduğu halda "bəla” sözü işlədilir.
2. Təqva insanı Allaha münasibətdə yalandan və xalqın haqqına təcavüzdən qoruyur.
3. Əsas məsələ şüar yox, əməl və təqvadır.
4. Əhdə vəfa təqva nişanələrindəndir.
5. Kitab əhli olmaq yox, əhdə vəfa etmək və təqvalı olmaq məhbubiyyət ölçüsüdür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.