Ali-İmran surəsi - Ayə: 78

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 78
Və əlbəttə, onlardan (yəhudilərdən) elə bir dəstə vardır ki, kitabı (təhrif olunmuş Tövratı) oxuyarkən sizin onun səmavi kitabdan olmasını güman etməyiniz üçün öz dillərini (məharətlə) bükürlər, halbuki o, səmavi kitabdan deyildir. Və o, Allah tərəfindən olmadığı halda deyirlər: «O, Allah tərəfindəndir». Bilərəkdən Allaha yalan nisbət verirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 78. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 78 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, onların (kitab əhlinin) bir dəstəsi kitab oxuyarkən dillərini elə dolaşdırırlar ki, onların səmavi kitab oxuduqlarını güman edəsiniz. Halbuki oxuduqları kitabdan deyil. Deyirlər: "Bu, Allah tərəfindəndir.” Halbuki Allah tərəfindən deyil. Onlar bilərək Allahın adından yalan danışırlar.”
Nöqtələr
Təqvasız alimlərin günahı qat-qat böyükdür. Çünki onlar xalqı çaşdırır, Allahın adından yalan danışır və bütün bu işləri bilərəkdən edirlər.
Bildirişlər
1. Mühakimə yürüdərkən insaflı olaq və hamıya bir gözlə baxaq.
2. Kitab əhli arasında xain alimlərin olması şübhə doğurmur.
3. Avamları sözlə aldatmaq alimlərin günahlarındandır.
4. İti və gözəl danışıq haqqı bəyan etmirsə, azğınlıq vasitəsidir.
5. Xalqı azdıranlar dini müqəddəslikləri və səmavi kitabları özləri üçün alət edirlər.
6. Batil məqsədlər həyata keçirmək üçün həqiqətdən istifadə etmək düşmənlərin mənfur planlarındandır.
7. Düşmən sizi azdırmaq üçün şərait gördükdə təhlükəli iddialar irəli sürür.
8. İnsanın əqidə və mədəniyyətinə ən böyük xəyanət alimlərin qərəzli və agahanə təhrifləridir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.