Ali-İmran surəsi · 141-ci ayə

Və həmçinin iman gətirənləri xalis etmək və saflaşdırmaq, kafirləri tədriclə məhv etmək üçün!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 141
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Döyüşdəki irəliləmə-geriləmələr ona görədir ki,) Allah mömin fərdləri pak və xalis, kafirləri isə (tədricən) məhv etsin.”
Nöqtələr
Ayədəki "təmhis” sözü hər cür eybdən pak etmək mənasını bildirir. "Məhəq” isə tədricən azalmaq deməkdir.
Sanki Allah Ühüddə müsəlmanların zəif nöqtələrini onlara bildirmək istəmişdir. Onlar öz zəif nöqtələrini bildikdən sonra islah fikrinə düşə bilər və bu yolla da növbəti hərəkətlərə hazırlaşardılar. Bəzən insanı qəflətdən oyadan məğlubiyyət onu yuxuya verən qələbədən faydalı olur.
Bildirişlər
1. Döyüş pak insanları napak insanlardan seçmək üçün bir mizandır.
2. İman əhli üçün məğlubiyyət də, qələbə də səadətdir. Çünki onlar ya şəhadət vasitəsi ilə uca məqama çatır, ya da düşmənə qələbə çalırlar.
3. İmanın çiçəklənməsi və küfrün məhv olması zamanın gedişində əldə olunur.
4. Tarix küfrün məhvinə doğru addımlayır.
5. Bugünkü məğlubiyyət mühüm deyil. Əsas işin sonudur.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 141-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 141-ci ayəsi nə haqqındadır?
Və həmçinin iman gətirənləri xalis etmək və saflaşdırmaq, kafirləri tədriclə məhv etmək üçün!
Ali-İmran surəsi 141-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 141-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 141-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 141-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 141-ci ayənin təfsiri nədir?
"(Döyüşdəki irəliləmə-geriləmələr ona görədir ki,) Allah mömin fərdləri pak və xalis, kafirləri isə (tədricən) məhv etsin.” Nöqtələr Ayədəki "təmhis” sözü hər cür eybdən pak etmək mənasını bildirir. "Məhəq” isə tədricən azalmaq deməkdir. Sanki Allah Ühüddə müsəlmanların zəif nöqtələrini onlara bildirmək istəmişdir. Onlar öz zəif nöqtələrini bildikdən sonra islah fikrinə düşə bilər və bu yolla da növbəti hərəkətlərə hazırlaşardılar. Bəzən insanı qəflətdən oyadan məğlubiyyət onu yuxuya verən qələb...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.