Ali-İmran surəsi - Ayə: 142

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 142
Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 142. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 142 MÖHSÜN QƏRAƏTİ.

"Yoxsa güman edirsiniz ki, Allah aranızdakı mücahidləri və səbir edənləri müəyyənləşdirməmiş ("imanlıyam” deməklə) behiştə daxil olacaqsınız?!”
Nöqtələr
Ayədə möminlərin cihadına, səbir və müqavimətinə işarə olunur. Çünki behiştin yolu səbir və cihaddan keçir. Quran buyurur: "Səbir və müqavimətinizə görə sizə salam olsun, ey behişt əhli!”("Rəd”, 24. ) Göründüyü kimi, salam yalnız hacılara, oruc tutanlara, xums və zəkat ödəyənlərə yox, səbir və dözüm əhlinə verilir ki, bütün əməllərdə səbrə ehtiyac vardır.
Bildirişlər
1. Batil ümid və arzulardan əl çəkin.
2. Təkcə qəlb imanı kifayət deyil, əməl meydanında da çalışmaq lazımdır. Behişt bəhanəyə yox, bahasını ödəyənə verilir.
3. Behiştin açarı səbir və cihaddır. Müsibət və günah qarşısındakı səbir, ibadətdəki dözüm, kiçik və böyük cihad cəbhələrində iştirak behiştin açarlarıdır.
4. Səbir və müqavimətlə yanaşı, cihad da lazımdır. Çünki döyüşün başlanması, davamı, müharibədən sonrakı ağrılar, bir sözlə, hər bir addım səbir və dözümə ehtiyaclıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.