Ali-İmran surəsi · 134-cü ayə

(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 134
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Müttəqilər) o kəslərdir ki, həm rahatlıq, həm də çətinlik zamanı infaq edər, öz qəzəblərini udar, xalqın xatalarını bağışlayarlar. Allah yaxşı əməl sahiblərini sevər.”
Nöqtələr
Əvvəlki ayələrdə sələm məhkum edildikdən sonra bu ayə infaq, bağışlanma, yardım haqqında xoş sözlər söyləyir.
Tarixi bir hadisə:
Nəql edirlər ki, bir gün İmam Səccad (ə) başını yuyarkən xidmətçilərindən biri su qabını əlindən salır və imamın başı yaralanır. İmam xidmətçiyə baxdıqda xidmətçi anlayır ki, imam narahat olmuşdur. Xidmətçi dərhal deyir: "Onlar qəzəblərini udarlar”. İmam buyurur: "Mən qəzəbimi uddum.” Xidmətçi deyir: "Xalqın xatasını bağışlayarlar”. İmam buyurur: "Səni əfv etdim.” Xidmətçi deyir: "Allah yaxşı əməl sahiblərini sevər”. İmam buyurur: "Səni Allah yolunda azad etdim.”("Təfsire-Məcməül-bəyan”; "Təfsire-ruhul-bəyan”. )
İmam Sadiq (ə) buyurmuşdur: "Elə bir bəndə olmadı ki, qəzəbini udduqdan sonra Allah dünya və axirətdə onun izzətini artırmamış olsun.” Allah-təala buyurur: "Bu, qəzəbi udmağın mükafatıdır.”("Kafi”, c. 2, səh. 110. )
Bildirişlər
1. Təqva infaqdan ayrı deyil.
2. İnfaq etmək üçün sərvət yox, səxavət lazımdır.
3. Məhrumları nə rifah, nə də yoxsulluq zamanı unudaq. Əlimiz aşağı olduqda infaq etməmək üçün "özümüz çətinlikdəyik” deməyək.
4. Nəfs istəkləri müttəqilərə yox, müttəqilər nəfs istəklərinə hakimdir.
5. Təqva qəlb genişliyi olan yerdədir.
6. Müttəqi guşənişin ("münzəvi”) deyil. Bu zümrə xalqla öz sərvəti və yaxşı əxlaqı ilə keçinir.
7. Xatakarı bağışlayarkən onun imanı şərt olmur.
8. Allahın sevgisini qazanmaq istəyən kəs malından keçməli, qəzəbini udmalıdır.
9. Məhrumlara infaq və xalqın xatalarının bağışlanması ehsan və saleh əməl nümunələrindəndir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 134-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 134-cü ayəsi nə haqqındadır?
(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir.
Ali-İmran surəsi 134-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 134-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 134-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 134-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 134-cü ayənin təfsiri nədir?
"(Müttəqilər) o kəslərdir ki, həm rahatlıq, həm də çətinlik zamanı infaq edər, öz qəzəblərini udar, xalqın xatalarını bağışlayarlar. Allah yaxşı əməl sahiblərini sevər.” Nöqtələr Əvvəlki ayələrdə sələm məhkum edildikdən sonra bu ayə infaq, bağışlanma, yardım haqqında xoş sözlər söyləyir. Tarixi bir hadisə: Nəql edirlər ki, bir gün İmam Səccad (ə) başını yuyarkən xidmətçilərindən biri su qabını əlindən salır və imamın başı yaralanır. İmam xidmətçiyə baxdıqda xidmətçi anlayır ki, imam narahat olmu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.