Ali-İmran surəsi · 123-cü ayə

Həqiqətən, Allah sizə Bədr (döyüşün)də gücsüz və pənahsız olduğunuz halda kömək etdi. Buna görə də Allahdan qorxun ki, bəlkə şükr edəsiniz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 123
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, Allah Bədr döyüşündə zəif olduğunuz halda sizə yardım etdi. Belə isə, Allahdan çəkinin. Bəlkə şükür edəsiniz.”
Nöqtələr
"Əzillətun” sözü ya Bədrdə möminlərin qüvvə azlığına, ya da döyüş vasitələrinin zəifliyinə işarədir. Bədr döyüşündəki çatışmazlıqların xatırlanması Ühüd döyüşü ilə müqayisədə müsəlmanların güclü olmasına işarədir.
Əvvəlki üç ayədə oxuduq ki, səbir və təqva insanı qoruyur. Bu ayədə isə nümunə olaraq Bədr mücahidləri göstərilir. Əvvəlki ayədə də təvəkküldən danışılırdı. Bədr mücahidləri təvəkkülün əməli nümunələridir. Ayə müsəlmanlara xitabən buyurur: Bədrdə Allahın yardımını gördüyünüz halda nə üçün Ühüddə qaçmaq fikrinə düşürsünüz?!
Bildirişlər
1. Döyüş meydanlarında qeybi yardımları yaddan çıxarmayın.
2. İlahi yardım möminlər üzərində ilahi vilayətin nişanəsidir.
3. Döyüş meydanlarında Allahın yardımını gördüyümüz üçün Allaha təvəkkül edək.
4. Döyüşün taleyini təbii amillər yox, ilahi yardımlar müəyyənləşdirir.
5. İlahi yardım istəyən hər bir insan təqvalı olmalıdır.
6. İlahi yardımların şükrü təqvalı olmaqdır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 123-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 123-cü ayəsi nə haqqındadır?
Həqiqətən, Allah sizə Bədr (döyüşün)də gücsüz və pənahsız olduğunuz halda kömək etdi. Buna görə də Allahdan qorxun ki, bəlkə şükr edəsiniz.
Ali-İmran surəsi 123-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 123-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 123-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 123-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 123-cü ayənin təfsiri nədir?
"Həqiqətən, Allah Bədr döyüşündə zəif olduğunuz halda sizə yardım etdi. Belə isə, Allahdan çəkinin. Bəlkə şükür edəsiniz.” Nöqtələr "Əzillətun” sözü ya Bədrdə möminlərin qüvvə azlığına, ya da döyüş vasitələrinin zəifliyinə işarədir. Bədr döyüşündəki çatışmazlıqların xatırlanması Ühüd döyüşü ilə müqayisədə müsəlmanların güclü olmasına işarədir. Əvvəlki üç ayədə oxuduq ki, səbir və təqva insanı qoruyur. Bu ayədə isə nümunə olaraq Bədr mücahidləri göstərilir. Əvvəlki ayədə də təvəkküldən danışılırd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.