Ali-İmran surəsi - Ayə: 124

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 124
O zaman möminlərə «Rəbbinizin (göydən) endirilmiş üç min mələklə sizə kömək etməsi bəsiniz deyilmi?!» deyirdin.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 124. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 124 MÖHSÜN QƏRAƏTİ.

"(Xatırla,) o zaman ki, möminlərə deyirdin: Nazil olmuş üç min mələklə Rəbbinizin sizə yardım etməsi sizə bəs deyilmi?!”
Bildirişlər
1. Xalqı ümidvar etmək və onların diqqətini qeybi yardımlara yönəltmək rəhbərlik vəzifələrindən biridir.
2. Döyüşçü üçün Allah lütfünə ümidvarlıq mühümdür.
3. Mələklər Allahın əmri ilə möminlərin xidmətində dururlar.
4. İlahi dünyagörüşündə insanların həyatı mələklər aləmi ilə əlaqədədir.
5. İlahi yardımlar Onun rübubiyyətinə əsaslanır.
6. Döyüş meydanında ilahi yardım vasitələrindən biri mələklərin nazil olmasıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.