Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
60 açar söz
axirət
351
Hidayət
191
Məryəm
128
Cəhənnəm
200
Musa
230
ibrahim
150
Yəhudi
63
Namaz
119
Əl-kəhf
110
salam
55
Ailə
66
Muhəmməd
63
Cihad
74
Furqan
78
əhli-beyt
4
Adəm
47
İmamət
10
Zəkat
38
Yaradılış
164
Oruc
15
Cənabət
3
Ruku halında
1
iblis
18
Əzrail
1
Başçı
43
insanlar
353
Allah
2426
mələk
245
ata
326
mələklər
209
kafirlər
260
Əl
4804
iman gətirənlər
165
övlad
201
tövbə
194
möminlər
161
insan
603
elm
220
Qur’an
234
Şeytan
124
Allahdan qorxun
49
Tövrat
90
əqidə
99
fəsad
69
Allaha məxsusdur
63
Yəhudilər
42
Allah yolunda
79
kitab əhli
50
cinlər
59
möcüzələr
44
Müşriklər
150
qiyamət
280
Həmd
41
heyvanlar
56
göylərin və yerin
45
namaz qıl
54
səmavi kitab
29
Süleyman
24
şeytanları
24
Cəza günü
24
Axtarış nəticələri:
"övlad" üzrə
201 ayə tapıldı.
(141 - 160 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Qəsəs surəsi Tapıldı
Ayə 76
Həqiqətən, Qarun Musanın qövmündən (onun əmisi oğlu) idi. (Fironun vergisini İsrail övladlarından almaq üçün məmur olunmuşdu.) (O) onlara qarşı həddini aşdı və zülm etdi. Ona o qədər xəzinələr vermişdik ki, onların açarları güclü bir dəstəyə ağırlıq edirdi. (Yada sal,) o zamanı ki, qövmü ona dedi: «(Malına qürrələnib) sevinmə. Çünki Allah (malına qürrələnib) sevinənləri sevməz».
Əl-Ənkəbut surəsi Tapıldı
Ayə 27
İshaq və Yəqubu (ömrünün axırlarında) ona bəxş etdik və nübuvvəti və (səmavi) kitabı övladlarına əta etdik. Dünyada onun mükafatını verdik və əlbəttə (o,) axirətdə də salehlərdən olacaqdır.
Əl-Ənkəbut surəsi Tapıldı
Ayə 31
Göndərdiklərimiz (mələklər) İbrahimə müjdəni (övladı olması xəbərini) gətirdikdə, dedilər: «Əlbəttə Biz bu şəhərin (Lut qövmünün məskəninin) əhalisini də həlak edənik, çünki oranın əhalisi zalımdır».
Loğman surəsi Tapıldı
Ayə 33
Ey insanlar, öz Rəbbinizdən qorxun. O gündən qorxun ki, heç bir ata (o günün əzabından) heç bir şeyi öz övladından uzaqlaşdıra bilməz, övlad da öz atasından heç bir şeyi kənarlaşdırıb uzaqlaşdıra bilməz. Şübhəsiz, Allahın vədi haqdır. Belə isə dünya həyatı sizi məğrur etməsin və hiyləgər Şeytan sizi Allah barəsində aldatmasın!
Əs-Səcdə surəsi Tapıldı
Ayə 23
Şübhəsiz Biz Musaya (səmavi) kitab (Tövrat) verdik, belə isə (sən) onunla görüş (meracda, yaxud Qiyamətdə Allahla və ya Musa ilə görüş) barəsində şəkk və şübhədə olma. Biz onu İsrail övladları üçün doğru yol göstərən bir vasitə etdik.
Səba surəsi Tapıldı
Ayə 35
Və dedilər: «Bizim mal-dövlətimiz və övladlarımız (sizinkindən) çoxdur və bizə heç bir vaxt əzab olunmayacaqdır (çünki, bizə verilənlər Allahın bizə olan məhəbbətinin əlamətidir)».
Səba surəsi Tapıldı
Ayə 37
Sizi Bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə də övladlarınızdır. Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində iki qat mükafat vardır və onlar Cənnət otaqlarında əmin-amanlıq içindədirlər.
Yasin surəsi Tapıldı
Ayə 41
Onların övladlarını (özləri və malları ilə) dolu gəmilərdə daşımağımız (dənizi, havanı və gəmini onlara ram etməyimiz) onlar üçün (digər) bir nişanədir. (Allahın tovhidi və qüdrətinə dair dənizdə olan nişanədir.)
Yasin surəsi Tapıldı
Ayə 60
Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq – aşkar düşməninizdir?!»
Əs-Saffat surəsi Tapıldı
Ayə 2
(And olsun) saxlayanlara (bəşər övladını günahlardan saxlayan; buludları bir yerdən digər bir yerə qovan mələklərə; pisliklərdən qoruyan Qur’an ayələrinə; pis əməllərdən saxlayan möminlərə) ki, İlahi tərəfindən (yaradılış və şəriət) saxlamaları vardır.
Əs-Saffat surəsi Tapıldı
Ayə 100
Ey Rəbbim! Mənə salehlərdən (bir övlad) bəxş et!»
Əs-Saffat surəsi Tapıldı
Ayə 112
Onu İshaq(adlı bir övlad)la – salehlərdən olan peyğəmbərlə müjdələdik.
Əs-Saffat surəsi Tapıldı
Ayə 113
Ona və İshaqa (övladlarının peyğəmbər olması, kitab və şəriətləri ilə) bərəkət verdik. O ikisinin övladlarından bəziləri yaxşı əməl sahibi, bəziləri özlərinə aşkar zülm edəndirlər.
Əs-Saffat surəsi Tapıldı
Ayə 130
Salam olsun İlyasa (və Yasinin övladlarına)!
Əs-Saffat surəsi Tapıldı
Ayə 152
«Allah övlad törətmişdir.» Onlar mütləq yalançıdırlar!
Əs-Saffat surəsi Tapıldı
Ayə 153
(Hətta övlad götürməsini fərz etsək belə) məgər (Allah) qızları oğlanlardan üstün tutmuşdur?!
Sad surəsi Tapıldı
Ayə 41
Və Bizim bəndəmiz Əyyubu, onun öz Rəbbini çağırıb «şeytan məni (cismimə zərər vurmaq, mal və övladlarımı məhv etmək kimi) çətinlik və əzaba düçar etmişdir» dediyi zamanı (yada sal)!
Sad surəsi Tapıldı
Ayə 85
Cəhənnəmi mütləq səninlə (sənin övlad və qəbilənlə) və onlardan (insanlardan) sənin arxanca gedən kəslərlə büsbütün dolduracağam.»
Əz-Zumər surəsi Tapıldı
Ayə 4
Əgər Allah övlad götürmək istəsəydi, mütləq yaratdıqların(ın içərisin)dən istədiyini seçərdi. Lakin O pakdır. O, tək, qalib və (hər şeyə) hakim Allahdır.
Əz-Zumər surəsi Tapıldı
Ayə 32
Belə isə kim Allaha iftira yaxandan (Onun övladı və şəriki olmasına qail olandan) və həqiqət (peyğəmbərlik və sənin kitabın) ona çatanda onu təkzib edəndən daha zalımdır?! Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?!