"de" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "de" üzrə 1793 ayə tapıldı.
Bədəvilərdən (sizinlə getməyib) yerdə qalanlara de: «Tezliklə möhkəm və cəngavər insanlara (onlarla mübarizəyə) tərəf çağırılacaqsınız ki, onlarla vuruşasınız, ya da onlar İslamı qəbul etsinlər. Beləliklə əgər itaət etsəniz Allah sizə gözəl mükafat verəcəkdir. Əgər bundan əvvəl üz döndərdiyiniz kimi (yenə) üz döndərsəniz sizə ağrılı bir əzab verəcəkdir.»
Şübhəsiz, Allah möminlərdən onlar (Hüdeybiyyədə) ağacın altında sənə beyət edən zaman razı qaldı, onların qəlblərində olanı (niyyətlərinin saf və gözəlliyini) bildi, nəticədə onlara (ürək) rahatlığ(ı) və xatircəmlik nazil etdi və onlara yaxın qələbəni (Xeybər qələbəsini) mükafat verdi.
Məkkənin göbəyində (Hərəmə yaxın olan Hüdeybiyyədə) sizi (ora daxil olmaqla) qalib etdikdən sonra onların əllərini sizdən və sizin əllərinizi onlardan çəkən Odur. Allah həmişə etdiklərinizi görəndir.
(Yada sal) o zaman(ı) ki, kafirlər öz qəlblərində cahiliyyət qəzəb və təəssübü yerləşdirdilər (və Hüdeybiyyədə Peyğəmbərin və onun səhabələrinin Məkkəyə daxil olmalarının qarşısının alınması müqaviləsini imzaladılar). Onda Allah Öz Peyğəmbərinə və möminlərə xatircəmlik və qəlb rahatlığı nazil etdi və təqva (tovhid, səbat və təslim) kəlməsini onlara qoşdu. Və onlar ona və onun əhlinə daha layiq idilər. Allah həmişə hər şeyi biləndir.
Həqiqətən Allah Öz peyğəmbərinin yuxusunu (yuxuda ona dediklərini) haqq olaraq gerçəkləşdirdi ki: Siz Allahın istəyi ilə mütləq təhlükəsiz, başınızı qırxmış, tük və dırnaqlarınızı qısaltmış halda və (heç kəsdən) qorxmadan Məscidul-harama daxil olacaqsınız. Beləliklə Allah sizin bilmədiklərinizi (bu vədin gələn ilə aid olmasını və onun təxirə düşməsində bir sıra hikmətlərin olmasını) bildi və ondan qabaq yaxın qələbəni (doğrudan da böyük qələbə olan Hüdeybiyyə sülhünü) qoydu.
Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır.
Bədəvilər dedilər: «Biz (səmimi qəlbdən) iman gətirdik.» (Ya Peyğəmbər, onlara) de: «İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) «İslamı qəbul etdik» deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstərişlərində) Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən (heç nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır.»
De: «Allah göylərdə olanları və yerdə olanları bildiyi halda siz Allaha öz din (və batini əqidələr)inizdən xəbər verirsiniz?» Allah hər şeyi bilir.
Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: «İslamınızı mənə minnət qoymayın, əksinə əgər (İslam iddiasında) doğruçusunzsa, sizi imana hidayət etdiyi üçün boynunuzda haqqı olan Allahdır.»
(Onlar nəinki qəbul etmədilər) hətta onlara (mələk və cinlərdən deyil) özlərindən bir qorxudan (peyğəmbər) gəlməsinə təəccübləndilər. Buna görə də kafirlər dedilər: «Bu qəribə bir şeydir!
(Heç də uzaq deyil! Çünki) şübhəsiz, Biz yerin onların cəmiyyətindən nəyi azaltdığını və (qəbir) torpağın(ın) onların cəsədlərindən nəyi əskiltdiyini (əzəldən) bilirik. Çünki Bizim yanımızda (varlıq aləminin hadisələrini) qoruyan və (hər bir hadisə və dəyişiklikdən) qorunmuş (Lövhi-Məhfuz adlı) bir kitab vardır.
(Ağıllarının dərk etməməsindən deyil) bəlkə haqq onlara yetişən (aydın olan) zaman onu təkzib etdilər. Beləliklə onlar qarmaqarışıq bir iş içərisindədirlər (qəlbdə yəqinlikləri var, dildə isə inkar edirlər).
Bəndələrin ruzisi olsun deyə! Həmçinin su vasitəsi ilə (bitkiləri bitirib) ölmüş torpağı diriltdik. Çıxmaq (qiyamət günü ölülərin qəbirlərdən baş qaldırmaları da) belədir (bitki və dənlərin yetişməsi kimidir).
Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın.
Ölüm bihuşluğu həqiqətən gələr və (başqa aləm barəsində insanın qarşısına) həqiqəti çıxarar. (Və ona deyilər:) Bu sənin qaçdığın həmin şeydir.
(Ona deyiləcəkdir:) Həqiqətən sən bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür (Məhşərin vəziyyətini, öz əməllərini və onların cəzasını görəcəksən).
Və onun yoldaşı (yanındakı gözətçi) deyər: Mənim yanımda hazır olan şəxs budur. (Və onun şahid yoldaşı deyər: Onun Mənim yanımda hazır olan əməl səhifələri bunlardır.)
Onun yoldaşı (olan şeytan) deyər: «Ey Rəbbim! Onu itatəsizliyə mən vadar etmədim, lakin o özü uzun-uzadı bir azğınlıq içərisində idi. (Mən yalnız dəvət etdim, o da öz xoşu ilə qəbul etdi.)»
(Kafirlərin cəhənnəmin odunu olmaları barəsində Lövhi-Məhfuzda yazılmış) o (qəti) söz Mənim yanımda əsla dəyişilməz (deyilənin əksi olmaz və onun hökmü ləğv edilməz) və Mən bəndələrə əsla zülm edən deyiləm.
Və (yada sal) o zaman(ı) ki, Biz Cəhənnəmə deyərik: «Doldun?» Və (axirət aləminin tərkib hissələri şüura və danışma qabiliyyətinə malik olduğu üçün) o deyər: «Daha artıq varmı?» (Yəni, yenə yerim var və ya yerim yoxdur.)
1793 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
90 Səhifə