"Ağ" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ağ" üzrə 1586 ayə tapıldı.
Şübhəsiz, iman gətirib saleh əməllər edənlər üçün (evlərinin və ağaclarının) altında çaylar axan Cənnətlər vardır! Budur böyük qurtuluş!
Gizlin sirlərin aşkar olacaqı (beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün
And olsun dönüşü olan göyə! (Buxarlar göyə qalxdıqdan sonra yağış şəklində qayıdırlar və ulduzları qürub etdikdən sonra şərq tərəfdən geri qayıdırlar.)
Ağıl sahibi olan üçün bu işlərdə bir and varmı? (Bəli, bu işlərin şərafətindən və sirlərindən agah olan kəs üçün and vardır.)
Belə deyildir (sizin güman etdiyiniz kimi deyil). Bu yer(in yüksəklikləri) ardıcıl bir–birinə çırpılıb parça–parça olacağı (və yer saf və dümdüz şəklə düşəcəyi) zaman
Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi–həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir),
Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur).
Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir və şər yolunu) göstərmədikmi?!
Bunlardan əlavə, iman gətirən və bir – birinə səbr, mehribanlıq və bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır.
Şübhəsiz, (insanları din hökmlərinə, dünyada peyğəmbərin göstərişlərinə və sağlam ağıla uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizədir.
Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qur’ana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən).
1586 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
80 Səhifə