Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-" üzrə 2942 ayə tapıldı. (1481 - 1500 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Muminun surəsi Tapıldı

Ayə 108
(Allah) buyurar: «Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!»

Əl-Muminun surəsi Tapıldı

Ayə 109
Həqiqətən Mənim bəndələrimdən bir dəstəsi «ey Rəbbimiz, biz iman gətirdik. Buna görə də bizi bağışla və bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan» deyərdilər.

Əl-Muminun surəsi Tapıldı

Ayə 110
Lakin siz onları ələ saldınız və nəhayət (bu halınız) sizə Məni yad etməyi unutdurdu və siz həmişə onlara (möminlərə) gülürdünüz.

Əl-Muminun surəsi Tapıldı

Ayə 111
Həqiqətən bu gün Mən onları səbrləri müqabilində mükafatlandırdım. Doğrudan da onların hamısı uğur qazanıblar.

Əl-Muminun surəsi Tapıldı

Ayə 112
(Allah və ya bir mələk kafirlərə) deyər: «Yer üzündə neçə il qaldınız? (Dünya həyatında və ya Bərzəx aləmində neçə il qalmısınız?)

Əl-Muminun surəsi Tapıldı

Ayə 113
Onlar (axirətin əbədi olmasını bildikdən və onu dünya və Bərzəx ilə müqayisə etdikdən sonra) deyərlər: «Bir gün və ya günün bir hissəsini. (Sənin tərəfindən) sayanlardan soruş.»

Əl-Muminun surəsi Tapıldı

Ayə 114
(Allah və ya mələk) deyər: «(Bəli,) lap az bir zaman qaldınız. Kaş (məsələnin həqiqətini və işinizin sonunu orada) biləydiniz!»

Əl-Muminun surəsi Tapıldı

Ayə 115
Yoxsa güman edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və (bir də) heç vaxt Bizə tərəf qaytarılmayacaqsınız?

Əl-Muminun surəsi Tapıldı

Ayə 116
Allah – varlıq aləminə mütləq hakim olan O haqq hökmdar ucadır! Ondan – o möhtərəm ərşin (varlıq aləminin quruluşunun qərara alındığı və mələklər tərəfindən həyata keçirildiyi ərşin) Rəbbindən başqa bir məbud yoxdur.

Əl-Muminun surəsi Tapıldı

Ayə 117
Kim Allahla birgə barəsində dəlil-sübutu olmayan başqa bir məbudu çağırsa, onun haqq-hesabı yalnız Rəbbinin yanındadır. Şübhəsiz, kafirlər nicat tapmayacaqlar.

Əl-Muminun surəsi Tapıldı

Ayə 118
Və de: «Ey Rəbbim, bizi bağışla və rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!»

Əl-Furqan ‏ surəsi Tapıldı

Ayə 1
Furqanı (haqq ilə batili bir-birindən ayıran, ayə və surələri bir-birindən ayrı olan Qur’anı) aləmdəkilərin hamısını (kökləri kəsilənədək bütün insan və cinləri) qorxutmaq üçün bəndəsinə tədricən nazil edən (Allah) uca, əbədi və çox bərəkətlidir.

Əl-Furqan ‏ surəsi Tapıldı

Ayə 2
O Allah ki, göylərin və yerin mülkiyyət və hakimiyyəti Ona məxsusdur, Özü üçün övlad götürməmişdir, mülkiyyət və hakimiyyətində heç bir şəriki olmamışdır, hər bir şeyi yaradıb və (onların) hər biri üçün (vücud, əlamətləri, həyatını davam etdirməsi və qarşılıqlı əlaqələr baxımından) öz halına münasib ölçü təyin etmişdir.

Əl-Furqan ‏ surəsi Tapıldı

Ayə 3
Allahın yerinə (nəinki) heç bir şey yaratmayan, (hətta) özləri yaradılan (yaradılmış olan), özləri üçün heç bir ziyan və xeyirə malik olmayan və öldürməyə, həyat bəxş etməyə və ölümdən sonra diriltməyə qadir olmayan məbudlar götürdülər.

Əl-Furqan ‏ surəsi Tapıldı

Ayə 4
Kafirlər dedilər: «Bu (Qur’an), onun (Muhəmmədin (s) ) özündən uydurduğu və digər bir dəstənin (yəhudilərin) bunda ona kömək etdikləri yalandan başqa bir şey deyildir.» Beləliklə onlar doğrudan da (Peyğəmbərə belə bir nisbət verməklə böyük) bir zülmə və yalana batdılar.

Əl-Furqan ‏ surəsi Tapıldı

Ayə 5
Və dedilər: «(Bu kitab) onun istəyi ilə (başqalarının) onun üçün yazdıqları keçmişlərin əfsanələridir; həmin yazı səhər-axşam ona oxunur (və o da eşitdiklərini əzbərləyərək camaata oxuyur)».

Əl-Furqan ‏ surəsi Tapıldı

Ayə 6
De: «Onu (Qur'anı) göylərdə və yerdə olan örtülü sirləri (məxluqatın elm və hisslərinin çərçivəsindən xaric olanları) bilən (Allah) nazil etmişdir.» Həqiqətən O, çox bağışlayan və mehribandır (və bu səbəbdən kafirlərə əzab göndərməkdə tələsmir).

Əl-Furqan ‏ surəsi Tapıldı

Ayə 7
(Müşriklər) dedilər: «Bu necə peyğəmbərdir ki, yemək yeyir və bazarlarda gəzir?! (Halbuki peyğəmbər mələk olmalıdır.) Nə üçün ona (heç olmasa) bir mələk nazil olmur ki, onunla birlikdə (insanları) qorxutsun (və onun peyğəmbərliyini təsdiq etsin)?»

Əl-Furqan ‏ surəsi Tapıldı

Ayə 8
Yaxud nə üçün (göydən) ona bir xəzinə göndərilmir və ya onun bir bağı yoxdur ki, ondan istifadə etsin?! Və bu zalımlar (camaata) dedilər: «Siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz.»

Əl-Furqan ‏ surəsi Tapıldı

Ayə 9
Gör sənin üçün necə məsəllər çəkdilər və nə sifətlər dedilər, beləliklə də (Peyğəmbərin və peyğəmbərliyin tanınmasında) yollarını azdılar və onların (haqqa tərəf) bir yol tapmaq qüdrətləri yoxdur.
114 Sürə
6236 Ayə
2942 Tapılan Nəticə
148 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar