Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-" üzrə 2942 ayə tapıldı. (1401 - 1420 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Muminun surəsi Tapıldı

Ayə 28
Beləliklə elə ki, sən və səninlə birlikdə olanlar gəmiyə yerləşdiniz, de: «Həmd və səna bizə zalım dəstədən nicat verən Allaha məxsusdur.»

Əl-Muminun surəsi Tapıldı

Ayə 29
Və de: «Ey Rəbbim, məni (bu gəmidə və sonra yerdə) xeyir dolu (çox bərəkətli) məkanda endir. Sən yerləşdirənlərin ən yaxşısısan.»

Əl-Muminun surəsi Tapıldı

Ayə 30
Şübhəsiz, bunda (bu böyük hadisədə Allahın tovhid, qüdrət və əzəmətindən) nişanələr vardır və həqiqətən Biz (bəndələrimizi) həmişə sınayırıq.

Əl-Muminun surəsi Tapıldı

Ayə 31
Sonra onların arxasınca digər bir cəmiyyət və nəsil vücuda gətirdik.

Əl-Muminun surəsi Tapıldı

Ayə 32
Onların içinə (mələklərdən, cinlərdən və ya dillərini bilməyənlərdən deyil) özlərindən bir elçi göndərdik ki: Tək olan Allaha ibadət edin, sizin Ondan başqa bir məbudunuz yoxdur. Məgər (Ondan qeyrisinə ibadət etməkdən) çəkinmirsiniz?!

Əl-Muminun surəsi Tapıldı

Ayə 33
Onun qövmündən küfr etmiş, axirət görüşünü təkzib etmiş və dünya həyatında rifah verdiyimiz başçılar (digərlərinə) dedilər: «Bu kişi (də) sizin kimi yalnız bir bəşərdir, yediklərinizdən yeyir, içdiklərinizdən içir. (Belə olan halda o, necə peyğəmbər ola bilər?!)»

Əl-Muminun surəsi Tapıldı

Ayə 34
Əgər özünüz kimi (adi) bir insana tabe olsanız onda şübhəsiz, ziyana uğrayacaqsınız.

Əl-Muminun surəsi Tapıldı

Ayə 35
O, sizə ölüb bir ovuc torpaq və sümük olduqdan sonra (yenidən dirildilərək qəbirdən) çıxarılacağınızı vəd edir?

Əl-Muminun surəsi Tapıldı

Ayə 36
Sizə vəd edilən şey (həqiqətdən) çox-çox uzaqdır!

Əl-Muminun surəsi Tapıldı

Ayə 37
Bizim ölüb dirildiyimiz (bir dəstənin ölüb digər bir dəstənin dirildiyi və ya bir dəstənin öldüyü və onların ruhlarının digər bir dəstənin cismində dirildiyi) bu dünya həyatından başqa bir həyat yoxdur və biz heç vaxt dirildilən deyilik.

Əl-Muminun surəsi Tapıldı

Ayə 38
O, yalnız, Allaha yalan yaxan bir kişidir və biz ona əsla etiqad bəsləmirik.

Əl-Muminun surəsi Tapıldı

Ayə 39
(Peyğəmbərləri) dedi: «Ey Rəbbim, onların təkzibləri müqabilində Mənə kömək et!»

Əl-Muminun surəsi Tapıldı

Ayə 40
Allah buyurdu: «Az bir zamandan sonra (ölüm zamanı və Bərzəx aləmində) mütləq peşman olacaqlar.»

Əl-Muminun surəsi Tapıldı

Ayə 41
Beləliklə, haqlı olaraq (Allahın kamil hikmət və məsləhətinə əsasən) onları (göydən gələn bir) bağırtı bürüdü. Onları sel üzərindəki çör-çöp (kimi) etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun zalım dəstə!

Əl-Muminun surəsi Tapıldı

Ayə 42
Sonra onların arxasınca, bir-birinin ardınca gələn əsrlərdə digər nəsilləri yaratdıq.

Əl-Muminun surəsi Tapıldı

Ayə 43
Heç bir ümmət öz zamanından (Lövhi-Məhfuzda olan müəyyən həyat müddətindən) nə qabağa keçər və nə də geri qalar.

Əl-Muminun surəsi Tapıldı

Ayə 44
Sonra bir-birinin ardınca Öz peyğəmbərlərimizi göndərdik. Nə vaxt (hansısa) bir millətə öz peyğəmbəri gəldisə onu təkzib etdilər. Buna görə Biz də onları bir-birinin ardınca (məhvə) yola saldıq və onları (məhv olduqdan sonra dillərdə) hekayət və əfsanələr etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun iman gətirməyən dəstə!

Əl-Muminun surəsi Tapıldı

Ayə 45
Sonra Musa və qardaşı Harunu Öz ayə və nişanələrimizlə (doqquz möcüzə) və (məntiq və isbat baxımından) aşkar dəlil-sübutla göndərdik.

Əl-Muminun surəsi Tapıldı

Ayə 46
Firona və onun (qövmünün) böyüklərinə və başçılarına tərəf. Onlar isə təkəbbür göstərdilər. Onlar üstünlük axtaran və məqampərəst bir dəstə idilər.

Əl-Muminun surəsi Tapıldı

Ayə 47
Buna görə də dedilər: «Qövmləri bizim qulumuz və bizə müti ola-ola, özümüz kimi iki insana iman gətirək?»
114 Sürə
6236 Ayə
2942 Tapılan Nəticə
148 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar