Quranda Axtarış Edin

Axtarış nəticələri: "Məryəm" üzrə 128 ayə tapıldı. (121 - 128 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Ənbiya surəsi Tapıldı

Ayə 91
Və öz iffətini (halal və haramdan) qorumuş o qadını (Məryəmi də yada sal). Biz ona Öz ruhumuzdan üfürdük (və onun bətnində bir oğlan uşağı yaratdıq). Onu və oğlunu (oğlunun yaradılmasını, peyğəmbərliyini, kitabının yayılmasını, müxtəlif növ möcüzələrini və ömrünün uzunluğunu) aləmdəkilər üçün (Öz tovhid, əzəmət və qüdrətimizin) bir nişanə(si) etdik.

Əl-Muminun surəsi Tapıldı

Ayə 50
Məryəm oğlunu və onun anasını (dünyaya gəlməsinin necəliyi, peyğəmbərlik dövrü və kitabı əldə etməsi baxımından Öz tovhid və qüdrətimiz üçün) bir ayə və nişanə etdik. Və onların hər ikisini uca, yaşayış üçün yararlı və axar sulu bir torpaqda (Beytul-Müqəddəsdə, yaxud Şamda və ya Misirdə) yerləşdirdik.

Əl-Əhzab ‏ surəsi Tapıldı

Ayə 7
(Ya Peyğəmbər!) (yada sal) o zamanı ki, Biz bütün peyğəmbərlərdən (peyğəmbərlik əta edərkən) xüsusilə səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan xüsusi əhd-peyman aldıq (bu peyğəmbərlər müstəqil kitab və şəriət sahibi idilər və başqa peyğəmbərlər şəriəti onlardan alırdı) onlardan möhkəm bir əhd – peyman aldıq ki, (hamısı bir – birini təsdiq edib insanları bir başlanğıca və bir dinə sarı dəvət etsinlər)

Əz-Zuxruf ‏ surəsi Tapıldı

Ayə 57
Elə ki, Məryəm oğlu (İsa) məsəl çəkildi (Məryəm surəsində tərifləndi) sənin qövmün dərhal ona görə (sənin onun tanrılığı əqidəsini qəbul etməyini güman edib mübahisə və dava-dalaş salaraq) ona görə səslərini ucaltdılar.

Əl-Hədid surəsi Tapıldı

Ayə 27
Sonra onların arxasınca bir-birinin ardınca (digər) peyğəmbərlərimizi göndərdik. Və Məryəmin oğlu İsanı onların arxasınca göndərdik. Ona İncili verdik və ona tabe olanların qəlblərinə (öz aralarında) rəhm və mehribanlıq saldıq. Və özlərindən Bizim onlar üçün qərara almadığımız (tərkidünyalıq və ibadət üçün insanlarla əlaqələri kəsməkdən ibarət olan) rahiblik icad etdilər. Lakin (həmin seçim) Allahın razılığını əldə etmək üçün idi ki, ona da layiqli şəkildə riayət etmədilər. Beləliklə Biz onların iman gətirənlərinə muzdlarını verdik və onların çoxu fasiq idilər.

Əs-Səff ‏ surəsi Tapıldı

Ayə 6
Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: «Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni – Tövratı – təsdiq edən və məndən sonra gələcək «Əhməd» adlı Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm». Amma o, (Əhməd – səlləllahu ələyhi və alihi və səlləm) gəldikdə və onlara aydın dəlillər gətirdikdə, dedilər: «Bu, açıq-aşkar bir sehrdir».

Əs-Səff ‏ surəsi Tapıldı

Ayə 14
Ey iman gətirənlər, Allahın köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa Həvarilərə (qəlbləri işıqlı, ağ paltarlı öz etibarlı şagirdlərinə) dedi: «Allah yolunda mənim köməkçilərim kimdir?» Həvarilər dedilər: «Bizik Allahın köməkçiləri». Amma İsrail övladlarından bir dəstə iman gətirdi və bir dəstə kafir oldu. Biz də iman gətirənlərə düşmənləri üzərində (dəlil-sübutda və döyüş qüvvəsində üstün etməklə) kömək etdik, beləliklə də onlar qalib gəldilər.

Ət-Təhrim surəsi Tapıldı

Ayə 12
Habelə öz namusunu (iffətini) qoruyan İmran qızı Məryəmi də (məsəl çəkdi). Biz ona Öz ruhumuzdan (Bizim iradəmizlə vücud tapan ruhdan) üfürdük (İsa onun bətnində yarandı) və Rəbbinin kəlmələrini (vəhy olaraq peyğəmbərlərlə danışdıqlarını) və Onun (səmavi) kitablarını (və Lövhi - Məhfuzunu) təsdiq etdi və o Allaha itaət edənlərdən idi.
114 Sürə
6236 Ayə
128 Tapılan Nəticə
7 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar