"de" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "de" üzrə 1793 ayə tapıldı.
Lutu (yada sal), o zaman (o), öz qövmünə dedi: «Belə həddindən artıq çirkin bir işi bir-birinizin gözü qarşısında edirsiniz?!»
(Ya Peyğəmbər!) de: «Şükr və sitayiş Allaha məxsusdur. Salam olsun Onun seçdiyi bəndələrinə (peyğəmbərlərə, onların canişinlərinə və saleh- əməlli möminlərə); Allah daha yaxşıdır, yoxsa onların Allaha şərik qoşduqları?!»
(O şəriklərmi yaxşıdır,) yoxsa göyləri və yeri yaradan, göydən sizə (yağış, qar və dolu şəklində) su nazil edən? Beləliklə (həmin suyun) vasitəsilə gözəl, yamyaşıl və könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi! Məgər heç tək olan Allahla yanaşı başqa bir tanrımı var? (Xeyr,) əslində onlar (Allahdan) üz döndərən və Ona şərik qoşan bir tayfadırlar.
(O şəriklərmi yaxşıdır,) yoxsa məxluqatı öncə yaradan, sonra onları(n hamısını fani etdikdən, yaxud canlıları öldürdükdən sonra, başqa bir aləmə) qaytaran sizə göydən və yerdən ruzi yetirən? Məgər tək olan Allahla yanaşı başqa bir tanrı da var? De: «Əgər düz deyirsinizsə, dəlil – sübutunuzu gətirin».
(Ya Peyğəmbər!) de: «Allahdan başqa göylərdə və yerdə olan heç bir kəs qeybi (şüur sahiblərinin hissiyyatından xaricdə olan aləmləri və elmləri) bilmir və onlar bilmirlər ki, nə vaxt dirildiləcəklər».
Kafir olan kəslər dedilər: «Bizlər və atalarımız torpaq olandan sonra mütləq (nə vaxtsa dirildilib, qəbirlərdən) çıxarılacağıq?!»
«Həqiqətən, bizə və atalarımıza bundan öncə də (dirilmə) vəd olunmuşdu. Amma bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!».
De: «Bəlkə də tələsik istədiyinizin (iki tərəf arasında hakim olan əzabın) bir hissəsi sizin arxanızcadır. (Bədr döyüşü günü yetişər)».
Sən (o) korqəlbliləri azğınlıqdan düz yola gətirən deyilsən! Sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə görə) iman gətir(ə bil)ənlərə eşitdirə bilərsən. Elə buna görə də (fitrətlərinə uyğun olaraq onlar Bizim müqabilimizdə) təslimdirlər.
Və hər kəs pis əməllə gəlsə, üzü üstə oda atılacaq (və onlara deyiləcəkdir:) «Məgər etdiklərinizdən qeyrisinə görəmi cəzalandırılırsınız?»
(Ya Peyğəmbər! De:) « Mənə yalnız bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir Allaha ki, onu (o şəhəri) möhtərəm saymış və ona toxunulmazlıq vermişdir. (Varlıq aləmindən olan) hər bir şey Ona məxsusdur və mənə Onun iradəsinə təslim olanlardan olmaq əmr edilmişdir.
(Mənə buyurulmuşdur ki,) bu Qur’anı (camaat üçün) oxuyam. Kim düz yola gəlsə, yalnız öz xeyrinə yol tapmışdır və kim yoldan azsa, de ki; «Mən yalnız qorxudanlardanam (və həqiqi hidayət mənim əlimdə deyildir)».
Və de: «Həmd (aləmdəkiləri bu kitaba doğru dəvət etmiş) Allaha məxsusudur. Tezliklə Allah Öz (qəti) nişanələrini sizə (müşriklərə dünyada Bədr günündəki kimi və ya axirətdə) göstərəcək, siz onu tanıyacaqsınız. Sənin Rəbbin etdiklərinizdən xəbərsiz deyildir!»
Və Fironun zövcəsi dedi: «(Bu körpə) mənim və sənin gözünün işığıdır. Onu öldürməyin, bəlkə (gələcəkdə) bizə bir xeyri olar, yaxud onu oğulluğa götürərik». Onlar (işin aqibətindən) xəbərsiz idilər.
O, Musanın bacısına dedi: «Onun dalınca get»; beləliklə bacısı onu (körpənin Fironun adamlarının əlinə düşdüyünü) uzaqdan gördü, onlar isə xəbərsiz idilər (körpəyə kənardan nəzarət edən olduğunu bilmirdilər).
Biz (bacısının onu tapmasından) öncə, bütün süd verən qadınları(n südünü) ona haram etdik. (Bu yaradılışda onun təbiətinə qoyulmuş bir haram idi.) (Körpə) heç kimin döşünü qəbul etmirdi (əmmirdi). Bacısı onlara dedi: «İstəyirsinizmi sizə zamin olub ona (uşağa) yaxşı baxacaq və ona qarşı xeyirxah olacaq bir ailəni nişan verim?»
(Musa Fironun qəsrindən) şəhərə əhalisi xəbərsizkən (istirahət vaxtı) daxil oldu. İki nəfərin bir-birilə vuruşduğunu gördü. Biri onun tərəfdarlarından idi, o biri düşmənlərindən. Tərəfdarlarından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Belə olduqda Musa bir yumruq vuraraq onu öldürdü, dedi: «Bu (dava) Şeytan əməlindəndir, həqiqətən, (Şeytan insanı) açıq-aşkar zəlalətə salan bir düşməndir».
(Musa) dedi: «Ey Rəbbim, əlbəttə ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim, (çünki, özümü Fironun adamlarının təhlükəsinə atdım). Buna görə məni bağışla (onun pis nəticələrindən məni qoru)». Allah onu bağışladı. Həqiqətən, O, bağışlayan və mehribandır.
1793 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
90 Səhifə