Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Fussilət surəsi" üzrə
54 ayə tapıldı.
(41 - 54 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Fussilət surəsi
Ayə 41
Həqiqətən öyüd verən bu Qur’an onlara gələn zaman onu inkar edənlər (odda olacaqlar). Doğrudan da bu (Qur'an) möhkəm, qalib və məğlubedilməz bir kitabdır.
Fussilət surəsi
Ayə 42
Ona nə qarşısından, nə də arxasından batil yol tapa bilməz (onun hökm və təlimlərində, həmçinin keçmiş və gələcək barəsindəki xəbərlərində heç bir yanlışlıq ola bilməz). O, yaradılış və şəriəti möhkəm, Özü isə bütün cəhətlərdən təriflənmiş (Allah) tərəfindən nazil edilmişdir.
Fussilət surəsi
Ayə 43
Sənə səndən əvvəlki peyğəmbərlərə deyilənlərdən (sehrbaz, dəli, məqampərəst və bu kimi iftiralardan) başqa bir şey deyilmir. Şübhəsiz sənin Rəbbin (iman gətirənlər üçün) bağışlanma və (itaətsizlər üçün) ağrılı əzab sahibidir.
Fussilət surəsi
Ayə 44
Əgər bunu (bu kitabı) ərəbcədən qeyri bir (dildə) Qur’an etsəydik mütləq deyərdilər: «Onun ayələri nə üçün aydın və aşkar bəyan olunmayıb?! Ərəb milləti və (onunla heç uyğunluğu olmayan) əcəm sözü?!». De: «(Bu kitabın nazil olmasında hədəf dil deyil.) Bu kitab iman gətirmiş kəslər üçün başdan-ayağa hidayət və (fərdi və ictimai xəstəliklər üçün) şəfadır. İman gətirməyənlərin qulaqlarında bir növ ağırlıq var (ki, onu eşitmirlər). Bu kitab onlara qaranlıq və anlaşılmazdır, (sanki) onlar uzaq bir yerdən çağırılırlar.»
Fussilət surəsi
Ayə 45
Həqiqətən Biz Musaya (səma) kitab(ı) verdik. Beləliklə onun (qövmünün arasında kitabın qəbul edilməsi) barəsində ixtilaf düşdü. Əgər Rəbbin (tərəfin)dən keçmiş (hər bir ümmət üçün bir möhlətin olması barəsində əzəli elmdən keçərək Lövhi-Məhfuzda yazılmış) o söz olmasaydı, onların arasında (inkar edən kimi) mütləq (kütləvi əzab) hökm(ü) çıxarılardı. Doğrudan da onlar (həmin gün) Tövrat barəsində şübhə və tərəddüd doğuran şəkk içərisində idilər. Bunlar da (bu gün) Qur’an barəsində şübhə və tərəddüd doğuran şəkk içərisindədirlər.
Fussilət surəsi
Ayə 46
Kim yaxşı iş görsə öz xeyrinədir və kim pis iş görsə öz ziyanınadır. Sənin Rəbbin bəndələrinə əsla zülm edən deyildir.
Fussilət surəsi
Ayə 47
Qiyamətin (baş verəcəyi zamanın) elmi yalnız Ona qayıdır. O bilmədən meyvələr qabıqlarından çıxmır, heç bir dişi hamilə qalmır və (hamiləlik) yükünü yerə qoymur. (Allah) müşrikləri «haradadır Mənim şəriklərim?» deyə çağıracağı gün onlar deyəcəklər: «Biz (ölüm və Bərzəx aləmini görməklə və həqiqətlərin aydın olması ilə) Sənə elan etdik ki, bizdən (Sənin şərikinin olmasına) əsla bir şahid yoxdur.
Fussilət surəsi
Ayə 48
Onların ondan öncə çağırdıqları (dünyada tanrı, Allah dərgahına yaxın və şəfaətçi kimi qəbul etdikləri) nəzərlərindən itəcək və onlar özləri üçün heç bir qaçış yolunun olmadığına yəqin edəcəklər.
Fussilət surəsi
Ayə 49
İnsan heç vaxt xeyir (mal və dünya rifahı) tələb etməkdən yorulmaz və doymaz. Ona şər və zərər yetişdikdə isə məyus olar.
Fussilət surəsi
Ayə 50
Əgər düçar olduğu zərər-ziyandan sonra ona Öz tərəfimizdən bir rəhmət dadızdırsaq, mütləq deyəcək: «Bu mənə məxsusdur (mənim öz ləyaqətimə görədir və onun hasil olmasında və istifadəsində heç kəsin əli yoxdur) və güman etmirəm Qiyamət də qopa. Əgər (birdən) Rəbbimə tərəf qaytarılsam, Onun yanında mənim üçün mütləq gözəl bir həyat olacaqdır.» Buna görə də Biz şübhəsiz, küfr etmiş kəsləri əməllərindən xəbərdar edəcək və onlara mütləq ağır və ağrılı bir əzab daddıracağıq.
Fussilət surəsi
Ayə 51
İnsana bir nemət əta etdiyimiz zaman (Bizdən) üz döndərir və özünü kənara çəkir. Ona bir şər və zərər yetişəndə isə israrlı və geniş dua etməklə məşğul olur.
Fussilət surəsi
Ayə 52
De: «Mənə xəbər verin (görüm), əgər (bu Qur’an) Allah tərəfindən olsa, sonra siz ona küfr etsəniz kim onunla bərk müxalif olandan daha azğındır?!»
Fussilət surəsi
Ayə 53
Tezliklə varlıq aləmində (Məkkənin və yer üzünün digər üfüqlərində) və onların öz vücudlarında Özümüzün (tovhid və qüdrət) nişanələrimizi (müsəlmanların həmin əsrdəki zəfərlərini, İslamın gələcəkdə dünyada yayılmasını və insanların Allahın onların vücudlarında olan hikmətlərini başa düşmələrini) onlara (Məkkə müşriklərinə və tarix boyu olacaq bütün insanlara) göstərəcəyik ki, Onun (Allahın və Qur’anın) haqq olması onlara aydın olsun. Məgər Rəbbinin hər şeyə şahid olması (və Onun bütün varlıqlara məlum və aşkar olması) kifayət deyil?!
Fussilət surəsi
Ayə 54
Bil ki, onlar Rəbbləri ilə görüşəcəkləri barəsində şübhə və tərəddüd içərisindədirlər (ölümdən sonrakı həyata inanmırlar). Bil ki, Allah (elm, qüdrət və rəhmət baxımından) hər şeyi əhatə etmişdir.