Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Qəmər surəsi" üzrə
55 ayə tapıldı.
(41 - 55 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Qəmər surəsi
Ayə 41
Fironçulara da qorxudanlar və (ardıcıl) təhdidlər gəldi.
Əl-Qəmər surəsi
Ayə 42
Onlar Bizim bütün (tovhid) ayə və nişanələrimizi (və peyğəmbərlərimizin doğruçuluqlarını) təkzib etdilər. Biz də onları qalib və qüdrətli hökmdar kimi yaxaladıq.
Əl-Qəmər surəsi
Ayə 43
Məgər sizin (Məkkə əhlinin) kafirləriniz (say, sərvət və güc baxımından) onlardan daha yaxşı və daha üstündürlər? Yoxsa (səmavi) kitablarda sizin üçün amannamə vardır?
Əl-Qəmər surəsi
Ayə 44
Yoxsa onlar «biz müttəfiq, əlbir və düşməndən intiqam alanıq» deyirlər?
Əl-Qəmər surəsi
Ayə 45
O vəhdət və əlbirlik, tezliklə dağılacaq və onlar (Bədr müharibəsində baş verdiyi kimi düşmənə) arxa çevirəcəklər.
Əl-Qəmər surəsi
Ayə 46
Hələ onların vəd yeri qiyamətdir! Və qiyamət daha müsibətli və acınacaqlıdır.
Əl-Qəmər surəsi
Ayə 47
Həqiqətən günahkarlar (səadət yolu və Cənnətdən uzaq) azğınlıqda və şölələnən od içərisindədirlər.
Əl-Qəmər surəsi
Ayə 48
Od içərisində üzü üstə sürüklənəcəkləri həmin gün (onlara) «dadın cəhənnəmin hiss olunan ağrısını!» (deyiləcəkdir).
Əl-Qəmər surəsi
Ayə 49
Çünki həqiqətən Biz varlıq aləmindəki hər şeyi (zat, nişanələr, kəmiyyət, keyfiyyət və ömür baxımından) müəyyən ölçüdə və məhdud çərçivədə yaratmışıq (və əbədi od sizin daimi küfrünüzün aqibətidir).
Əl-Qəmər surəsi
Ayə 50
Bizim (əşyaların yaradılışındakı) işimiz (asanlıq və sürət baxımından) bir göz qırpımı kimi olan qəti istəkdən başqa bir şey deyildir.
Əl-Qəmər surəsi
Ayə 51
Şübhəsiz, Biz (keçmiş müşriklərdən) sizin kimiləri həlak etdik. Amma heç, bir ibrət götürən varmı?
Əl-Qəmər surəsi
Ayə 52
Onlar nə ediblərsə (əqidə və əməlləri nə olubsa) yazılarda (onların şəxsi əməl dəftərində və ümumi Lövhi-məhfuzda) qeyd edilmişdir.
Əl-Qəmər surəsi
Ayə 53
Hər bir kiçik və böyük (əməl onda) yazılmışdır.
Əl-Qəmər surəsi
Ayə 54
Həqiqətən təqvalılar cənnətlər, bağlar, axar çaylar, daimi rifah və aydınlıq içərisində olacaqlar.
Əl-Qəmər surəsi
Ayə 55
Kamal və qüdrət sahibi olan hökmdarın yanında, doğruluq məqamında (həqiqi iman və əməl müqabilində verilən və yaxud doğru əqidə və əməlin təzahürü olan məqamda olacaqlar).