Gözləri zəlilcəsinə yerə dikilər.
Quran Kərim Axtarışı
Bütün Quran ayələrinin axtarışı
Quranda Axtarış Edin
Populyar Axtarışlar
60 açar söz
Allah
2426
insan
603
axirət
351
ata
326
insanlar
353
iman
639
Nisa
416
Musa
230
qiyamət
280
isa
536
ibrahim
150
mələklər
209
mələk
245
Hidayət
191
kafirlər
260
Bəqərə surəsi
293
övlad
201
Cəhənnəm
200
elm
220
Mömin
239
ruzi
133
tövbə
194
iman gətirənlər
165
Namaz
119
Müşriklər
150
ölüm
149
zalım
151
möminlər
161
Yaradılış
164
Ətir
802
Yəhudi
63
Məryəm
128
Şeytan
124
Kişi
197
Tövrat
90
qadın
156
Cəhənn
200
Cihad
74
təqvalı
87
əhli-beyt
4
Uf
104
Muhəmməd
63
təqva
110
əqidə
99
zövcə
83
Başçı
43
salam
55
Ailə
66
Yəhudilər
42
Allah yolunda
79
Allaha məxsusdur
63
fəsad
69
Əl-kəhf
110
Həmd
41
Furqan
78
cinlər
59
Allahdan qorxun
49
ədalət
46
mərhəmət
78
Bəqərə
293
Ən-Naziat surəsi - Ayə 10
#79:10
(O kəslər ki, bu gün) deyirlər: «Məgər biz (öldükdən sonra yenidən həyatımızın) əvvəl(ində)ki vəziyyətimizə qaytarılacagıq?!»
Ən-Naziat surəsi - Ayə 11
#79:11
«(Özü də) çürümüş parça-parça sümüklər olduğumuz zamanmı?!»
Ən-Naziat surəsi - Ayə 12
#79:12
(Onlar) deyirlər: «Elə isə bu, ziyanlı bir dönüşdür!»
Ən-Naziat surəsi - Ayə 13
#79:13
Həqiqətən, o (dönüş) yalnız bir nə’rə(nin surun ikinci dəfə üfürülməsilə)dir.
Ən-Naziat surəsi - Ayə 14
#79:14
Qəfildən onların hamısı dümdüz, boş bir yerdə olacaqlar.
Ən-Naziat surəsi - Ayə 15
#79:15
Musanın hekayəti sənə gəlib çatdımı?
Ən-Naziat surəsi - Ayə 16
#79:16
O zaman Rəbbi onu müqəddəs «Tuva» vadisində səslədi:
Ən-Naziat surəsi - Ayə 17
#79:17
«Fironun yanına get! Çünki o tüğyan etmişdir.»
Ən-Naziat surəsi - Ayə 18
#79:18
Və de: «(Küfr və tüğyandan) təmizlənmək istəyirsənmi?
Ən-Naziat surəsi - Ayə 19
#79:19
Səni Rəbbinə tərəf hidayət edimmi ki, Ondan qorxasan?»
Ən-Naziat surəsi - Ayə 20
#79:20
Beləliklə, (tovhid və öz peyğəmbərliyi barədə olan) o çox böyük nişanəni (müxtəlif hallara düşən əsanı) ona göstərdi.
Ən-Naziat surəsi - Ayə 21
#79:21
O, (isə) təkzib etdi və asi oldu.
Ən-Naziat surəsi - Ayə 22
#79:22
Sonra arxa çevirdi, (Musanın əleyhinə) çalışdı.
Ən-Naziat surəsi - Ayə 23
#79:23
O, (öz qövmünü) topladı, və (onlara) xitab edib
Ən-Naziat surəsi - Ayə 24
#79:24
Dedi: «Mən sizin ən uca rəbbinizəm». (Mal-dövlət xərclədiyinə və camaatın işlərini idarə etdiyinə görə özünü bütlərdən və onların digər ərbablarından üstün bir rəbb hesab edirdi).
Ən-Naziat surəsi - Ayə 25
#79:25
Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.).
Ən-Naziat surəsi - Ayə 26
#79:26
Şübhəsiz, bunda (bu hadisədə) (Allahdan) qorxan bir kəs üçün ibrət vardır.
Ən-Naziat surəsi - Ayə 27
#79:27
(Ölümdən sonra) sizi yaratmaq daha çətindir, yaxud göy(ü yaratmaq) ki,(Allah) onu yaratdı?
Ən-Naziat surəsi - Ayə 28
#79:28
Tavanını ucaltdı və (yaradılışını, zatının mahiyyəti, planetləri və onların düz və dairəvi hərəkətləri baxımından) nizama saldı.
6236
Tapılan Ayə
6236
Ümumi Ayə
114
Sürə Sayı
312
Səhifə