Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Nuh surəsi" üzrə
28 ayə tapıldı.
(21 - 28 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Nuh surəsi
Ayə 21
Nuh dedi: «Ey Rəbbim, onlar mənə asi oldular və mal-dövləti,övladları onlara (axirət) ziyanından başqa bir şey artırmayan kəsə (öz rəislərinə və əyan-əşrafa) tabe oldular».
Nuh surəsi
Ayə 22
«Və olduqca böyük bir hiylə qurdular».
Nuh surəsi
Ayə 23
«Və (öz tabeliyində olanlara) dedilər: «Əsla tanrılarınızı tərk etməyin və heç vaxt «Vədd», «Suva», «Yəğus», «Yəuq» və «Nəsr»i (o zamanın bütlərinin adları ) atmayın!»
Nuh surəsi
Ayə 24
«Həqiqətən, (o başçılar) çoxlarını azdırdılar; və (ey Rəbbim,) zalımların ancaq azğınlığını artır».
Nuh surəsi
Ayə 25
(Bəli,) günahları üzündən onlar suda batdılar və birbaşa (Bərzəx aləmindəki yandırıcı) oda daxil edildilər, özləri üçün Allahdan başqa heç bir köməkçi və yardımçı tapmadılar.
Nuh surəsi
Ayə 26
Və Nuh dedi: «Ey Rəbbim, Yer üzündə bir nəfər belə kafir qoyma!»
Nuh surəsi
Ayə 27
«Çünki, Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər».
Nuh surəsi
Ayə 28
«Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə qadınları bağışla. Zalımların isə ancaq həlakətini artır».