Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Loğman surəsi" üzrə
34 ayə tapıldı.
(21 - 34 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Loğman surəsi
Ayə 21
Onlara deyildikdə ki: «Allahın nazil etdiyinə (kitabına və dini qayda-qanunlarına) tabe olun», deyərlər: «(Xeyr,) biz atalarımızdan gördüyümüzə (bütlərə ibadətə və cahiliyyət adətlərinə) tabe oluruq!» Bəs Şeytan onları (Cəhənnəmin) yanar əzabına tərəf dəvət edirsə necə?! (Yenədəmi onlara tabe olarlar?)
Loğman surəsi
Ayə 22
Və kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir.(İnsanın əməlləri mükafat və cəza baxımından Allahın dərgahına qayıdar.)
Loğman surəsi
Ayə 23
Kim kafir olsa, onun küfrü səni kədərləndirməsin. Çünki, onların dönüşü Bizə tərəfdir. Biz onlara etdikləri əməlləri xəbər verəcəyik (və cəzalandıracağıq). Şübhəsiz, Allah sinələrin dərinliklərindəkini biləndir.
Loğman surəsi
Ayə 24
(Biz) onları bir qədər (dünya ləzzətləri ilə) bəhrələndirərik, sonra da ağır bir əzaba düçar edərik.
Loğman surəsi
Ayə 25
(Ya Peyğəmbər!) Əgər onlardan (müşriklərdən) soruşsan ki: «Göyləri və yeri kim yaratmışdır?» Deyəcəklər: «Allah» (Çünki, onlar xaliqlik və ilahilik baxımından Allaha şərik qoşmayıblar, bütləri özlərinə yalnız rəbb bilirlər.) De: «Həmd olsun (o) Allaha (ki, özünüz də etiraf edirsiniz)». Əslində onların əksəriyyəti bilmir (ki, hər şeyi nizamlayan və idarə edən elə onların xaliqidir).
Loğman surəsi
Ayə 26
Göylərdə və yerdə olanların hamısı Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və axırda fani etmək – hamısı Onun istəyinə tabedir). Həqiqətən, Allah özü (heç nəyə) möhtac deyil və ehtiyacsızdır və (zatı, sifətləri və işləri) həmd olunmuşdur(həmd olunmağa layiqdir).
Loğman surəsi
Ayə 27
Və əgər yer üzündəki hər ağac bir qələm olsaydı və dəryaya yeddi dərya belə qoşulsaydı (mürəkkəb olsaydı, Allahın yaratdıqlarından ibarət olan kəlmələrini yazmaqla) Allahın kəlmələri tükənməzdi; çünki Allah yenilməz qüdrət və hikmət sahibidir (Onun qüdrətinin və hikmətinin feyzi hüdudsuzdur).
Loğman surəsi
Ayə 28
Sizin hamınızı yaratmaq və (öləndən sonra) diriltmək (ilk məxluqu yaratmağın asanlığı və Qiyamət günü insanları, əməlləri bir-birindən ayırmaq baxımından) yalnız bir nəfəri (yaratmaq və diriltmək) kimidir. Çünki Allah (hər şeyi) eşidən və görəndir (hamının danışığını eşidir, hamının xasiyyətini və əməllərini görür. Beləliklə Qiyamətdə Onun heç bir çətinliyi olmayacaqdır).
Loğman surəsi
Ayə 29
Məgər Allahın (müəyyən fəsillərdə) gecəni(n bir hissəsini tədriclə) gündüzə və (başqa fəsillərdə) gündüzü(n bir hissəsini tədriclə) gecəyə daxil etdiyini, günəşi və ayı ram etdiyini görmürsənmi? Onların hər biri (Allhın əzəli elmində təyin olunduğu kimi) müəyyən bir müddətədək (öz düz və dairəvi hərəkəti ilə) hərəkətdədir. Allah etdiklərinizdən xəbərdardır!
Loğman surəsi
Ayə 30
Bu (nəhayətsiz malikiyyət, elm və qüdrət) ona görədir ki, Allah (mütləq və sabit olan bir) haqdır (vücudu vacib olandır) və Ondan başqa bütün çağrılanlar isə (ilahilik və tanrılıq baxımından mütləq surətdə) batildir. Allah (hər şeydən) uca və böyükdür.
Loğman surəsi
Ayə 31
Sizə öz (tovhid, qüdrət və hikmət) nişanələrindən bəzisini göstərsin deyə gəmilərin Allahın nemətləri sayəsində (dənizin suyu, külək və hava sayəsində) dənizdə hərəkət etdiyini (və Onun nemətlərini daşıdığını) görmədinmi?! Həqiqətən, bunda daim səbrli olan hər bir şükr edən kəs üçün nişanələr (ibrətlər) vardır.
Loğman surəsi
Ayə 32
Elə ki, dənizin dalğası kölgə salan buludlar kimi onları bürüyər, ixlaslı etiqad və dua ilə Allahı çağırarlar. Lakin elə ki, (Allah) onları sahilə çıxarıb nicat verər, yalnız onlardan bəzisi orta mövqe tutar (tək olan Allaha etiqadlarından dönməzlər). Bizim nişanələrimizi yalnız əhdə vəfasız, xain və nankorlar inkar edərlər.
Loğman surəsi
Ayə 33
Ey insanlar, öz Rəbbinizdən qorxun. O gündən qorxun ki, heç bir ata (o günün əzabından) heç bir şeyi öz övladından uzaqlaşdıra bilməz, övlad da öz atasından heç bir şeyi kənarlaşdırıb uzaqlaşdıra bilməz. Şübhəsiz, Allahın vədi haqdır. Belə isə dünya həyatı sizi məğrur etməsin və hiyləgər Şeytan sizi Allah barəsində aldatmasın!
Loğman surəsi
Ayə 34
Həqiqətən, Qiyamət (qopacağı vaxt) barəsində elm Onun yanındadır (Qiyamətin qopacağı vaxtı yalnız O bilir). Yağışı (göydən) O yağdırır. O, (balası olan canlıların) bətnlər(in)dəkini (balanın bir, ya bir neçə olmasını, gələcək xüsusiyyətlərini, ruhi vəziyyətini, gələcək əməllərini və son mənzilini) bilir. Heç kəs sabah nə qazanacağını (nə elm, əməl və mal-dövlət əldə edəcəyini), harada öləcəyini bilməz. Həqiqətən, Allah (isə bunların hamısını) bilir və hər şeydən xəbərdardır.