Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əz-Zariyat surəsi" üzrə
60 ayə tapıldı.
(21 - 40 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əz-Zariyat surəsi
Ayə 21
Həmçinin sizin öz vücudunuzda (cisminizin kəmiyyət və keyfiyyət baxımından hərəkətində, bədən üzvlərinizin quruluşunda, ruhun bədənlə əlaqəsinin necəliyində, onun bədən üzvlərinə hakim olmasında, ağılda və ruhun bir-birinə zidd sifətlərində, nəsil artımında və ictimai əlaqələrinizdə də nişanələr vardır). Belə isə məgər (həm gözünüz və həm də ürəyinizin gözü ilə) görmürsünüz?!
Əz-Zariyat surəsi
Ayə 22
Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) göydədir.
Əz-Zariyat surəsi
Ayə 23
Beləliklə and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızı bildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib).
Əz-Zariyat surəsi
Ayə 24
İbrahimin (mələklərdən ibarət) əziz qonaqlarının xəbəri sənə (gəlib) çatıbmı?
Əz-Zariyat surəsi
Ayə 25
Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: «Salam (olsun sizə).» (Lakin öz-özlüyündə) «(bunlar) yad bir dəstədirlər» (dedi).
Əz-Zariyat surəsi
Ayə 26
Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi.
Əz-Zariyat surəsi
Ayə 27
Onu onların qabağına qoydu (və yemədiklərini görüb) dedi: «Yemirsiniz?!»
Əz-Zariyat surəsi
Ayə 28
Beləliklə onlardan (qonaqlardan) qorxuya düşdü. Onlar dedilər: «Qorxma!» Və ona çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər.
Əz-Zariyat surəsi
Ayə 29
Həmin vaxt onun zövcəsi fəryad qopara-qopara onlara üz tutdu və (təəccüb və sevincdən) üzünə vuraraq dedi: «Qısır bir qarı (doğa bilər)?!»
Əz-Zariyat surəsi
Ayə 30
Dedilər: «Rəbbin belə buyurub. Şübhəsiz, O, hikmət sahibi və (hər şeyi) biləndir.»
Əz-Zariyat surəsi
Ayə 31
İbrahim dedi: «Ey (ilahi) elçilər (vəzifə və) işiniz nədir?»
Əz-Zariyat surəsi
Ayə 32
Dedilər: «Biz günahkar bir dəstəyə (Lutun qövmünə) göndərilmişik
Əz-Zariyat surəsi
Ayə 33
ki, onların başına (yağış kimi) gildən (hazırlanmış) daşlar yağdıraq.
Əz-Zariyat surəsi
Ayə 34
Rəbbinin yanında israf edənlər (həddini aşan zalımlar) üçün nişanlanmış (daşları)!
Əz-Zariyat surəsi
Ayə 35
Beləliklə oradakı (və İbrahim və Luta iman gətirmiş) möminlərin hamısını çıxartdıq.
Əz-Zariyat surəsi
Ayə 36
Həmin diyarda yalnız bir müsəlman evi (Lutun evini) tapdıq.
Əz-Zariyat surəsi
Ayə 37
(İnsanları həlak etdikdən sonra) orada ağrılı əzabdan qorxanlar üçün (Öz tövhid və qəzəbimizə dəlalət edən) bir nişanə (qorxulu səhra, devrilmiş diyar, yağdırılmış daşlar və çirkli sular) qoyduq.
Əz-Zariyat surəsi
Ayə 38
Musanın barəsində də onu aydın dəlil-sübutla (əsa və nur saçan əl ilə) Fironun yanına göndərdiyimiz zaman (Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanə vardır).
Əz-Zariyat surəsi
Ayə 39
Beləliklə o (Firon) bütün vücudu ilə (yaxud var gücü və qoşunu ilə) ondan (Musadan) üz döndərdi və dedi: «(Bu kişi) cadugər, yaxud da dəlidir.»
Əz-Zariyat surəsi
Ayə 40
Buna görə də məzəmmətə layiq işlər gördüyü və (son anda özü) özünü məzəmmət etdiyi bir halda onu və ordusunu tutub dənizə atdıq.