Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Ən-Naziat surəsi" üzrə
46 ayə tapıldı.
(21 - 40 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Ən-Naziat surəsi
Ayə 21
O, (isə) təkzib etdi və asi oldu.
Ən-Naziat surəsi
Ayə 22
Sonra arxa çevirdi, (Musanın əleyhinə) çalışdı.
Ən-Naziat surəsi
Ayə 23
O, (öz qövmünü) topladı, və (onlara) xitab edib
Ən-Naziat surəsi
Ayə 24
Dedi: «Mən sizin ən uca rəbbinizəm». (Mal-dövlət xərclədiyinə və camaatın işlərini idarə etdiyinə görə özünü bütlərdən və onların digər ərbablarından üstün bir rəbb hesab edirdi).
Ən-Naziat surəsi
Ayə 25
Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.).
Ən-Naziat surəsi
Ayə 26
Şübhəsiz, bunda (bu hadisədə) (Allahdan) qorxan bir kəs üçün ibrət vardır.
Ən-Naziat surəsi
Ayə 27
(Ölümdən sonra) sizi yaratmaq daha çətindir, yaxud göy(ü yaratmaq) ki,(Allah) onu yaratdı?
Ən-Naziat surəsi
Ayə 28
Tavanını ucaltdı və (yaradılışını, zatının mahiyyəti, planetləri və onların düz və dairəvi hərəkətləri baxımından) nizama saldı.
Ən-Naziat surəsi
Ayə 29
Gecəsini qaranlıq və gündüzünü də aşkar etdi.
Ən-Naziat surəsi
Ayə 30
Və bundan sonra yeri döşədi və hamarladı və (onu öz oxunun ətrafında hərəkətə və günəş ətrafında hərəkətə gətirdi) fırlatdı.
Ən-Naziat surəsi
Ayə 31
Onun daxilindəki sularını, otlaqlarını və bitkilərini çıxartdı.
Ən-Naziat surəsi
Ayə 32
Dağları (yer üzərində) sabit və möhkəm etdi ki,
Ən-Naziat surəsi
Ayə 33
(Bütün bunlar) sizin və heyvanlarınızın (dünyada) bəhrələnməsi üçündür.
Ən-Naziat surəsi
Ayə 34
O çox böyük bəla (Qiyamət) yetişdikdə,
Ən-Naziat surəsi
Ayə 35
O gün insan səy ilə etdiyi işləri (şəxsi əməl dəftəri və ümumi Lövhi – Məhfuz vasitəsilə) yadına salacaqdır,
Ən-Naziat surəsi
Ayə 36
Cəhənnəm hər bir görənə (kor surətdə həşr olunmayana) aşkar olacaqdır.
Ən-Naziat surəsi
Ayə 37
Amma kim (dünyada) tüğyan etmişsə,
Ən-Naziat surəsi
Ayə 38
Və dünya həyatını (axirətdən) üstün tutmuşsa,
Ən-Naziat surəsi
Ayə 39
Şübhəsiz, onun yeri Cəhənnəmdir!
Ən-Naziat surəsi
Ayə 40
Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi – həvəsdən saxlamışsa,