Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Qiyamə surəsi" üzrə
40 ayə tapıldı.
(21 - 40 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Qiyamə surəsi
Ayə 21
Və axirəti buraxırsınız.
Əl-Qiyamə surəsi
Ayə 22
O gün neçə – neçə üzlər şad-xürrəm olacaq!
Əl-Qiyamə surəsi
Ayə 23
(Qəlb gözü ilə) öz Rəbbinə tərəf (və zahiri gözü ilə Onun cəlal və camal nişanələrini tam şəkildə təzahür və təcəssümünə) baxacaqdır.
Əl-Qiyamə surəsi
Ayə 24
Və neçə – neçə üzlər də o gün qaşqabaqlı olacaq.
Əl-Qiyamə surəsi
Ayə 25
Bel qıran bir əzaba (ya burunlarına oddan dağ basılmasına) məruz qalacaqlarını bilərlər.
Əl-Qiyamə surəsi
Ayə 26
Belə deyil (insanın zənn etdiyi kimi deyil). Can boğazın dövrəsindəki sümüklərə (körpücük sümüklərinə) yetişdiyi zaman.
Əl-Qiyamə surəsi
Ayə 27
Və (can verənin başına toplananlar) deyərlər: «Şəfa verən təbib kimdir (varmı)? (Və mələklər deyərlər: «Kimdir onun ruhunu yuxarı aparan? Rəhmət mələyi, ya qəzəb?)»
Əl-Qiyamə surəsi
Ayə 28
Və o da bilər ki, bu (zaman) (dünyadan) ayrılıq (zamanı)dır,
Əl-Qiyamə surəsi
Ayə 29
Qıçı-qıçına dolaşar və dünya həsrəti axirət əzabına qarışar,
Əl-Qiyamə surəsi
Ayə 30
O gün (ölüm günü) sövq və hərəkət sənin Rəbbinə tərəfdir (Bərzəxdəki görüş, Qiyamət, məhkəməsindən tutmuş Cənnətə, ya Cəhənnəmə kimi).
Əl-Qiyamə surəsi
Ayə 31
(O halda deyilər:) «O, nə (Allahın dəvətini) təsdiq etdi və nə də itaət edərək namaz qıldı».
Əl-Qiyamə surəsi
Ayə 32
Lakin təkzib etdi və üz döndərdi.
Əl-Qiyamə surəsi
Ayə 33
Sonra da təkəbbürlə yeriyərək öz adamlarına tərəf getdi.
Əl-Qiyamə surəsi
Ayə 34
Vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.
Əl-Qiyamə surəsi
Ayə 35
Yenə də vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.
Əl-Qiyamə surəsi
Ayə 36
Yoxsa insan elə güman edir ki, başlı - başına buraxılacaq (heç bir vəzifəsi və hesabı yoxdur)?
Əl-Qiyamə surəsi
Ayə 37
Məgər o, qadının bətninə tökülən bir damcı «məni»dən ibarət deyildimi?!
Əl-Qiyamə surəsi
Ayə 38
Sonra «ələqə» (laxtalanmış qan) oldu, beləliklə (Allah) onu (başqa mərhələlərdə) yaratdı və (onun bədən üzvlərini) düzgün və kamil etdi.
Əl-Qiyamə surəsi
Ayə 39
Bu zaman ondan iki cüt – bir erkək və bir dişi –yaratdı.
Əl-Qiyamə surəsi
Ayə 40
Məgər belə bir Allah ölüləri diriltməyə qadir deyilmi?!