Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Fəth surəsi" üzrə 29 ayə tapıldı. (21 - 29 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Fəth surəsi

Ayə 21
(Allah sizə hələ) əldə etmədiyiniz digər qənimətləri (vəd edib). Şübhəsiz, Allah (vücud, qüdrət və elm baxımından) onları əhatə etmişdir. Allah həmişə hər şeyə qadirdir.

Əl-Fəth surəsi

Ayə 22
Əgər küfr edənlər sizinlə vuruşsalar mütləq sizə arxa çevirər (və məğlub olar), sonra bir başçı və yardım edən tapmazlar.

Əl-Fəth surəsi

Ayə 23
(Peyğəmbərlərin bu qələbəsi yazısı) əvvəlcədən (Lövhi-məhfuzda, baş verməsi isə ümmətlərdə) keçmiş ilahi bir qanundur və sən Allahın qanununda əsla bir dəyişiklik tapmazsan.

Əl-Fəth surəsi

Ayə 24
Məkkənin göbəyində (Hərəmə yaxın olan Hüdeybiyyədə) sizi (ora daxil olmaqla) qalib etdikdən sonra onların əllərini sizdən və sizin əllərinizi onlardan çəkən Odur. Allah həmişə etdiklərinizi görəndir.

Əl-Fəth surəsi

Ayə 25
Onlar küfr edən, sizi Məscidul-haram(ın ziyarətin)dən saxlayan və həmçinin (sizin) qurbanlığınızın öz yerinə (Məkkə və ya Minaya) çatmasına mane olan kəslərdir. Əgər sizin tanımadığınız (və Məkkə kafirləri ilə qarışıq yaşayan) mömin kişi və qadınları tapdamağınız və bilmədən bu yolla sizə bir zərər və narahatçılıq (və diyələr) yetişməsəydi (sizin onlarla vuruşmağınızın qarşısını almazdı). (Belə etdi) ki, (sizdən və kafirlərlə qarışıq yaşayan müsəlmanlardan) istədiklərini Öz mərhəmətinə daxil etsin. Əgər onlar (müsəlmanlardan) ayrı olsaydılar onların küfr edənlərinə ağrılı bir əzab verərdik.

Əl-Fəth surəsi

Ayə 26
(Yada sal) o zaman(ı) ki, kafirlər öz qəlblərində cahiliyyət qəzəb və təəssübü yerləşdirdilər (və Hüdeybiyyədə Peyğəmbərin və onun səhabələrinin Məkkəyə daxil olmalarının qarşısının alınması müqaviləsini imzaladılar). Onda Allah Öz Peyğəmbərinə və möminlərə xatircəmlik və qəlb rahatlığı nazil etdi və təqva (tovhid, səbat və təslim) kəlməsini onlara qoşdu. Və onlar ona və onun əhlinə daha layiq idilər. Allah həmişə hər şeyi biləndir.

Əl-Fəth surəsi

Ayə 27
Həqiqətən Allah Öz peyğəmbərinin yuxusunu (yuxuda ona dediklərini) haqq olaraq gerçəkləşdirdi ki: Siz Allahın istəyi ilə mütləq təhlükəsiz, başınızı qırxmış, tük və dırnaqlarınızı qısaltmış halda və (heç kəsdən) qorxmadan Məscidul-harama daxil olacaqsınız. Beləliklə Allah sizin bilmədiklərinizi (bu vədin gələn ilə aid olmasını və onun təxirə düşməsində bir sıra hikmətlərin olmasını) bildi və ondan qabaq yaxın qələbəni (doğrudan da böyük qələbə olan Hüdeybiyyə sülhünü) qoydu.

Əl-Fəth surəsi

Ayə 28
(Məntiq və dəlil-sübut ilə və ya davamçılarının dünyaya hakim olmaları baxımından) bütün dinlərə qalib etmək üçün Öz peyğəmbərini hidayət (çırağı) və haqq dinlə göndərən Odur. (Bu məsələyə) şahidlik üçün Allah kifayətdir.

Əl-Fəth surəsi

Ayə 29
Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların (Musanın) Tövrat(ın)dakı vəsfidir. Onların (İsanın) İncil(in)dəki vəsfi isə (Allahın,) pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət qalınlaşaraq möhkəmlənmiş və əkinçiləri təəccübə salan bir tərzdə öz gövdəsi üzərində dayanan əkin kimidir. (Allah,) onların vasitələri ilə kafirləri qəzəbləndirmək üçün (belə edib). Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir.
114 Sürə
6236 Ayə
29 Tapılan Nəticə
2 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar