Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Fəcr surəsi" üzrə 30 ayə tapıldı. (21 - 30 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Fəcr surəsi

Ayə 21
Belə deyildir (sizin güman etdiyiniz kimi deyil). Bu yer(in yüksəklikləri) ardıcıl bir–birinə çırpılıb parça–parça olacağı (və yer saf və dümdüz şəklə düşəcəyi) zaman

Əl-Fəcr surəsi

Ayə 22
Rəbbinin (təkid etdiyi əmri və cəlalının, mütləq hakimiyyətinin təcəllisi) yetişəcəyi və mələklər (Məhşər səhnəsinə enib) səf-səf gələcəyi

Əl-Fəcr surəsi

Ayə 23
Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün-məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?!

Əl-Fəcr surəsi

Ayə 24
O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!»-deyər.

Əl-Fəcr surəsi

Ayə 25
Beləliklə, o gün heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz! (Elə bir əzab ki, dünyada heç kim onun mislini edə bilməzdi).

Əl-Fəcr surəsi

Ayə 26
Və heç kim Onun kimi zəncirləyə bilməz.

Əl-Fəcr surəsi

Ayə 27
Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi–həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir),

Əl-Fəcr surəsi

Ayə 28
Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!

Əl-Fəcr surəsi

Ayə 29
Mənim bəndələrimin zümrəsinə daxil ol!

Əl-Fəcr surəsi

Ayə 30
Və Mənim Cənnətimə daxil ol!
114 Sürə
6236 Ayə
30 Tapılan Nəticə
2 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar