Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
31 açar söz
axirət
351
Hidayət
191
Məryəm
128
Musa
230
Cəhənnəm
200
ibrahim
150
Yəhudi
63
Əl
4804
Namaz
119
Əl-kəhf
110
Əl-
2942
salam
55
Ailə
66
Muhəmməd
63
Cihad
74
Furqan
78
əhli-beyt
4
Adəm
47
İmamət
10
Zəkat
38
Yaradılış
164
Cənabət
3
Oruc
15
iblis
18
Əzrail
1
Ruku halında
1
Cəhənn
200
Başçı
43
Allahdan qorxun
49
Ruku hal
1
Hörmət
15
Axtarış nəticələri:
"Əl-" üzrə
2942 ayə tapıldı.
(2361 - 2380 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Məaric surəsi Tapıldı
Ayə 14
Və yer üzündə olanların hamısını - təki bu iş ona (o günün əzabından) nicat versin.
Əl-Məaric surəsi Tapıldı
Ayə 15
Belə deyildir, (günahkar nicat tapmaz, əksinə) o (Cəhənnəm) alovlu dillər çıxan atəşin şöləsidir.
Əl-Məaric surəsi Tapıldı
Ayə 16
Başın və (bədən) üzvlərin(in) dərisini soyandır.
Əl-Məaric surəsi Tapıldı
Ayə 17
(Bu atəş sözlə və dartmaqla) çağırır haqqa hər bir arxa çevirəni və (Allahdan və Onun dəvətindən) üz döndərəni,
Əl-Məaric surəsi Tapıldı
Ayə 18
Və (mal-dövlət) toplayıb qablarında (sandıqda, bankda və anbarda) yığıb saxlayanları,
Əl-Məaric surəsi Tapıldı
Ayə 19
Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır.
Əl-Məaric surəsi Tapıldı
Ayə 20
Ona bir zərər və ziyan üz verdikdə, dözməz.
Əl-Məaric surəsi Tapıldı
Ayə 21
Ona bir xeyir yetişdikdə, xəsis və simic olar.
Əl-Məaric surəsi Tapıldı
Ayə 22
Namaz qılanlardan savayı.
Əl-Məaric surəsi Tapıldı
Ayə 23
O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər.
Əl-Məaric surəsi Tapıldı
Ayə 24
O kəslər ki, onların mallarında məlum (müəyyən) bir haqq vardır (vacib və müstəhəb zəkatlar və Allah yolunda olan digər xərclər kimi).
Əl-Məaric surəsi Tapıldı
Ayə 25
Dilənən və (dünya malından) məhrum olan kimsələr üçün.
Əl-Məaric surəsi Tapıldı
Ayə 26
O kəslər ki, (əqidə və əməldə) cəza gününü təsdiq edərlər.
Əl-Məaric surəsi Tapıldı
Ayə 27
O kəslər ki, öz Rəbbinin əzabından qorxarlar.
Əl-Məaric surəsi Tapıldı
Ayə 28
Çünki, Rəbbinin əzabından arxayınçılıq yoxdur.
Əl-Məaric surəsi Tapıldı
Ayə 29
Və o kəslər ki, öz şəhvani qüvvələrini saxlayarlar.
Əl-Məaric surəsi Tapıldı
Ayə 30
Öz zövcələri, ya malik olduqları kənizlər isə istisnadır. Onlar (bu barədə – yaxınlıq etməyə görə) qınanmazlar.
Əl-Məaric surəsi Tapıldı
Ayə 31
Beləliklə, kim bundan (bu iki haldan) artığını istəsə (və hər hansı bir kəslə və hər hansı bir şeylə hər cür, cinsi ləzzətlərə dalsa,) belə şəxslər (İslam hüdudlarında) həddi aşanlardır.
Əl-Məaric surəsi Tapıldı
Ayə 32
O kəslər ki, (Xaliqlə və məxluqla olan) öz əmanətlərinə, əhd-peymanlarına riayət edərlər.
Əl-Məaric surəsi Tapıldı
Ayə 33
O kəslər ki, öz şəhadətlərində (şəhadəti qəbul etmək və verməkdə) sabit və möhkəmdir.