Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Ət-Tur surəsi" üzrə
49 ayə tapıldı.
(1 - 20 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Ət-Tur surəsi
Ayə 1
And olsun dağa (və ya Musanın, üstündə vəhyi eşitdiyi Turi-Sinaya)!
Ət-Tur surəsi
Ayə 2
Yazılmış kitaba (Qur’ana, yaxud Lövhi-Məhfuza, yaxud Tövratın lövhələrinə, yaxud da hər hansı bir səma kitabına, ya da əməli salehlərin içərisində iman yazılmış nəfs kitablarına, ya da ki, qiyamət günü hər bir bəndənin əməllərinin yazıldığı əməl dəftərinə)!
Ət-Tur surəsi
Ayə 3
(Hal-hazırda) açıq (olan və ya gələcəkdə açıq olacaq) səhifədə (yazılmış kitaba)!
Ət-Tur surəsi
Ayə 4
Və (and olsun) o abad evə (zəvvarlarla abad olan Kəbəyə, mələklərlə abad olan səma evinə və əməlləri xalis olan bəndələrin imanla abad olan qəlblərinə)!
Ət-Tur surəsi
Ayə 5
Və ucaldılmış tavana (göyə).
Ət-Tur surəsi
Ayə 6
Və (su ilə) dolu və (yaxud qiyamətdən qabaq) alovlanan (və od ilə dolu) dənizə!
Ət-Tur surəsi
Ayə 7
(Bütün bunlara and olsun) ki, şübhəsiz, sənin Rəbbinin (axirətdə kafirlər üçün) əzabı sabit və qətidir.
Ət-Tur surəsi
Ayə 8
Onu əsla heç kəs dəf edə bilməz.
Ət-Tur surəsi
Ayə 9
O gün göy möhkəm bir titrəyişlə lərzəyə gələcək.
Ət-Tur surəsi
Ayə 10
Və bütün dağlar (toz kimi havada) gəzişəcək.
Ət-Tur surəsi
Ayə 11
Odur ki, həmin gün vay təkzib edənlərin halına!
Ət-Tur surəsi
Ayə 12
O kəslər(in) ki, (batil və nalayiq söz və işə) bataraq oynayırlar.
Ət-Tur surəsi
Ayə 13
Onlar o gün zorla və sərtliklə cəhənnəmə sürüklənəcəklər.
Ət-Tur surəsi
Ayə 14
(Onlara deyiləcək:) Bu sizin (dünyada) təkzib etdiyiniz oddur.
Ət-Tur surəsi
Ayə 15
Bu (da) sehrdir, yoxsa siz (dünyada onun hədələrini eşitmədiyiniz kimi indi də) görmürsünüz?!
Ət-Tur surəsi
Ayə 16
Ona daxil olun və yanın. Səbr etsəniz də, səbr etməsəniz də sizin üçün eynidir. Siz yalnız etdiklərinizin müqabilində (və ya əməllərinizin təzahürü ilə) cəzalandırılırsınız.
Ət-Tur surəsi
Ayə 17
Şübhəsiz, təqvalılar bağlar və firavan nemət içərisindədirlər.
Ət-Tur surəsi
Ayə 18
Rəbblərinin onlara verdiyindən bəhrələnir və ondan sevinclə danışırlar. Rəbbləri onları cəhənnəm əzabından qorumuşdur.
Ət-Tur surəsi
Ayə 19
(Onlara deyiləcək:) «Yeyin, için, (dünyada) etdiklərinizin müqabilində nuş olsun sizə!»
Ət-Tur surəsi
Ayə 20
Sıralanmış taxtlara söykənən halda! Onları iri gözlü hurilərlə evləndirərik.