Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Ləyl ‏ surəsi" üzrə 21 ayə tapıldı. (1 - 20 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Ləyl ‏ surəsi

Ayə 1
And olsun (hər yeri zülmətə) bürüməkdə olan gecəyə;

Əl-Ləyl ‏ surəsi

Ayə 2
And olsun, cilvələnməkdə olan gündüzə.

Əl-Ləyl ‏ surəsi

Ayə 3
And olsun erkəyi və dişini (Adəmi və Həvvanı, hər bir canlının erkəyini, dişisini və hər bir bitkinin erkəyini və dişisini) yaradana ki,

Əl-Ləyl ‏ surəsi

Ayə 4
Həqiqətən, sizin səy və çalışmanız olduqca müxtəlifdir. (Bəzən bəxşiş, təqva və təsdiq üçün, bəzən isə xəsislik, özünü Allaha möhtac bilməmək və təkzib üçün çalışırsınız).

Əl-Ləyl ‏ surəsi

Ayə 5
Amma kim (öz malından və var - yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa

Əl-Ləyl ‏ surəsi

Ayə 6
Və Allahın vədlərini təsdiq etsə

Əl-Ləyl ‏ surəsi

Ayə 7
Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar).

Əl-Ləyl ‏ surəsi

Ayə 8
Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa

Əl-Ləyl ‏ surəsi

Ayə 9
Və İlahi vədləri təkzib etsə

Əl-Ləyl ‏ surəsi

Ayə 10
Tezliklə onu çətin bir yola hazırlayarıq (elə bir əhval – ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar).

Əl-Ləyl ‏ surəsi

Ayə 11
Və (bədbəxtlik uçurumuna, ya qəbir quyusuna, ya Cəhənnəmin dibinə) düşəcəyi zaman mal-dövlətinin ona heç bir faydası olmayacaq.

Əl-Ləyl ‏ surəsi

Ayə 12
Şübhəsiz, (insanları din hökmlərinə, dünyada peyğəmbərin göstərişlərinə və sağlam ağıla uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizədir.

Əl-Ləyl ‏ surəsi

Ayə 13
Və şübhəsiz, axirət də dünya da (ilk yaradılan aləm və yox olduqdan sonra yenidən qaytarılan aləm) Bizə məxsusdur və Bizim iradəmizə tabedir.

Əl-Ləyl ‏ surəsi

Ayə 14
Beləliklə, (Mən) sizi şölələnən oddan çəkindirdim.

Əl-Ləyl ‏ surəsi

Ayə 15
Ora yalnız ən azğın kafir girər və yanar.

Əl-Ləyl ‏ surəsi

Ayə 16
O kəs ki, (dünyada kafir oldu və peyğəmbərlərin dəvətini) təkzib etdi və (ondan) üz çevirdi.

Əl-Ləyl ‏ surəsi

Ayə 17
Tezliklə ən təqvalı şəxslər ondan uzaqlaşdırılacaq (nicat tapacaq). (Amma ən təqvalı olmayanlar, bir də ən bədbəxt olmayan şəxslər – yəni fasiqlər də ondan uzaqlaşdırılar, ora yalnız ən bədbəxt şəxslər daxil olar).

Əl-Ləyl ‏ surəsi

Ayə 18
O kəs ki, paklanmaq (və ruhunun kamala yetməsi üçün) öz malını (Allah yolunda) verir

Əl-Ləyl ‏ surəsi

Ayə 19
Və onun boynunda heç kəsin neməti və minnəti də yoxdur ki, bu, onun mükafatı olsun,

Əl-Ləyl ‏ surəsi

Ayə 20
O, ancaq özünün ən uca olan Rəbbinin razılığını qazanmaq üçün (belə edər).
114 Sürə
6236 Ayə
21 Tapılan Nəticə
2 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar