Yusif surəsi · 91-ci ayə

Dedilər: «Allaha and olsun ki, Allah səni seçərək bizdən üstün etmişdir və biz doğrudan da səhv etmişik».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 91
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Qardaşlar) dedilər: "And olsun Allaha, Allah səni bizdən üstün edib, həqiqətən, biz xətakar olmuşuq.”
Nöqtələr
"İsar” dedikdə insanın başqalarını özündən üstün tutması başa düşülür. Yusifin qardaşları yanlış təfəkkür səbəbindən xilaf işə əl atdılar. Onlar Yusifi quyuya atmaq qərarına gəldilər. Allah da Öz növbəsində onları elə bir sıxıntıya saldı ki, qarınlarını doyurmaq üçün ağız açdılar. Nəhayət, etiraf etdilər ki, planları zaya çıxıb. Sonra həmin yanlış təfəkkür gerçəkliyin qəbulu ilə əvəz oldu.
Yusifin qardaşları bir neçə dəfə "təllah” formasında and içmişdilər:
1. «And olsun Allaha ("təllah”), özünüz bilirsiniz ki, biz sizin məmləkətinizə fəsad və oğurluq üçün gəlməmişik.»
2. Atalarına dedilər: "And olsun Allaha ("təllah”), sən daim Yusif-Yusif deyirsən”.
3. "Atacan, and olsun Allaha ("təllahi”), sən Yusifə ifrat bağlanaraq azğınlığa düçar olmusan”.
4. "Yusifə dedilər: "And olsun Allaha ("təllahi”), Allah səni bizdən üstün edib.”
Bildirişlər
1. Əgər həsəd səbəbindən başqalarının kamilliyini, üstünlüyünü etiraf etməsək, nə vaxtsa məcbur qalıb həmin həqiqətləri etiraf edəsiyik.
2. Allahın iradəsi qarşısında dayanmaq olmaz.
3. Qüdrətli vaxtımızda özümüzü elə aparmayaq ki, zəif vaxtımızda xəcalət çəkək.
4. Günahın etirafı insanın bağışlanması üçün zəminə yaradır.

Tez-tez Verilən Suallar

Yusif surəsi 91-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 91-ci ayəsi nə haqqındadır?
Dedilər: «Allaha and olsun ki, Allah səni seçərək bizdən üstün etmişdir və biz doğrudan da səhv etmişik».
Yusif surəsi 91-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 91-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 91-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 91-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 91-ci ayənin təfsiri nədir?
"(Qardaşlar) dedilər: "And olsun Allaha, Allah səni bizdən üstün edib, həqiqətən, biz xətakar olmuşuq.” Nöqtələr "İsar” dedikdə insanın başqalarını özündən üstün tutması başa düşülür. Yusifin qardaşları yanlış təfəkkür səbəbindən xilaf işə əl atdılar. Onlar Yusifi quyuya atmaq qərarına gəldilər. Allah da Öz növbəsində onları elə bir sıxıntıya saldı ki, qarınlarını doyurmaq üçün ağız açdılar. Nəhayət, etiraf etdilər ki, planları zaya çıxıb. Sonra həmin yanlış təfəkkür gerçəkliyin qəbulu ilə əvəz ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.