Yusif surəsi · 81-ci ayə

«Atanızın yanına qayıdın və deyin: «Ey ata! Həqiqətən oğlun oğurluq etdi (və onu tutub saxladılar) və biz ancaq bildiyimiz şeyə şəhadət verdik (sənin yanında şəhadət verdik ki, o, oğurluq etmişdir və Əzizin də yanında şəhadət verdik ki, oğrunun cəzası qul olmaqdır). Biz qeybdən də xəbərdar deyildik (əgər onun oğurluq edəcəyini bilsəydik özümüzlə aparmazdıq. Həmçinin onu qul kimi götürəcəklərini bilsəydik həmin hökmü bəyan etməzdik)».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 81
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Böyük qardaş dedi: Mən burada qalıram, amma) siz atanızın yanına qayıdın, deyin ki, ey ata, həqiqətən, oğlun oğurluq edib və biz bildiyimizdən başqa bir şeyə şəhadət vermədik. Qeybi qoruyan (bilən) deyildik.”
Bildirişlər
1. İnsan özünü sevəndir. Çoxlu taxıl əldə etmək istədikdə dedilər: "Qardaşımızı bizimlə göndər.” Bu gün isə onu ittiham edirlər: "Sənin oğlun oğurluq edib.” Onlar "bizim qardaşımız” yox, "sənin oğlun” dedilər.
2. Bilmədən şəhadət vermək olmaz.
3. Müqavilələrdə öncədən görünməyən hədisələr üçün əlavələr qeyd olunmalıdır.
4. Öz üzrümüzü aşkar bəyan edək.

Tez-tez Verilən Suallar

Yusif surəsi 81-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 81-ci ayəsi nə haqqındadır?
«Atanızın yanına qayıdın və deyin: «Ey ata! Həqiqətən oğlun oğurluq etdi (və onu tutub saxladılar) və biz ancaq bildiyimiz şeyə şəhadət verdik (sənin yanında şəhadət verdik ki, o, oğurluq etmişdir və Əzizin də yanında şəhadət verdik ki, oğrunun cəzası qul olmaqdır). Biz qeybdən də xəbərdar deyildik (əgər onun oğurluq e...
Yusif surəsi 81-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 81-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 81-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 81-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 81-ci ayənin təfsiri nədir?
"(Böyük qardaş dedi: Mən burada qalıram, amma) siz atanızın yanına qayıdın, deyin ki, ey ata, həqiqətən, oğlun oğurluq edib və biz bildiyimizdən başqa bir şeyə şəhadət vermədik. Qeybi qoruyan (bilən) deyildik.” Bildirişlər 1. İnsan özünü sevəndir. Çoxlu taxıl əldə etmək istədikdə dedilər: "Qardaşımızı bizimlə göndər.” Bu gün isə onu ittiham edirlər: "Sənin oğlun oğurluq edib.” Onlar "bizim qardaşımız” yox, "sənin oğlun” dedilər. 2. Bilmədən şəhadət vermək olmaz. 3. Müqavilələrdə öncədən görünməy...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.