Yusif surəsi · 79-cu ayə

Dedi: «Allah eləməsin ki, malımızı tapdığımız şəxsdən qeyrisini tutaq. Əks halda biz mütləq zalım olarıq».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 79
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yusif) dedi: "Malımızı tapdığımız kəsdən başqasını tutmağımızdan Allaha pənah! Çünki bu halda, şübhəsiz, zalımlardan olarıq.”
Nöqtələr
Yusifin sözlərinə diqqət yetirdikdə məlum olur ki, Benyamini oğru kimi tanıtdırmaq istəmir. Yusif demir ki, Benyamin oğrudur. Deyir ki, itən şey onun yükündə idi.
Əgər Yusif Benyaminin əvəzinə bir başqa qardaşı saxlasaydı, qardaşlar Benyaminlə bir oğru kimi rəftar edərdilər. Saxlanılan adam isə nahaq yerə saxlandığını düşünərdi.
Bildirişlər
1. Qaydalara hamı əməl etməlidir, qanunu pozmaq hətta Əzizi-Misrə də qadağandır.
2. Xeyir əməl sahibi qanunu pozmaz.
3. Qazi hislərin təsiri altına düşməməlidir.
4. Mühakimə həssas işdir, bu işdə Allaha pənah aparmaq lazımdır.
5. Yusif iki məqamda Allaha pənah aparır: Züleyxa ilə tək qaldıqda və mühakimə yürüdüləndə.
6. Qanunu pozmaq zülmdür (onun-bunun istəyi ilə qanunu pozmaq olmaz).
7. Günahsız insan günahkarın yerinə cəzalandırılmamalıdır. O hətta özü razı olsa da, buna yol vermək olmaz.

Tez-tez Verilən Suallar

Yusif surəsi 79-cu ayə haqqında suallar və cavablar

Yusif surəsinin 79-cu ayəsi nə haqqındadır?
Dedi: «Allah eləməsin ki, malımızı tapdığımız şəxsdən qeyrisini tutaq. Əks halda biz mütləq zalım olarıq».
Yusif surəsi 79-cu ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 79-cu ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 79-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 79-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 79-cu ayənin təfsiri nədir?
"(Yusif) dedi: "Malımızı tapdığımız kəsdən başqasını tutmağımızdan Allaha pənah! Çünki bu halda, şübhəsiz, zalımlardan olarıq.” Nöqtələr Yusifin sözlərinə diqqət yetirdikdə məlum olur ki, Benyamini oğru kimi tanıtdırmaq istəmir. Yusif demir ki, Benyamin oğrudur. Deyir ki, itən şey onun yükündə idi. Əgər Yusif Benyaminin əvəzinə bir başqa qardaşı saxlasaydı, qardaşlar Benyaminlə bir oğru kimi rəftar edərdilər. Saxlanılan adam isə nahaq yerə saxlandığını düşünərdi. Bildirişlər 1. Qaydalara hamı əm...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.