Yusif surəsi · 70-cu ayə

Beləliklə, elə ki, onları azuqə və səfər vəsaiti ilə təchiz etdi, (elə həmin ərzaq ölçüsü olan) su piyaləsini qardaşının yükünün içinə qoydu. Sonra bir carçı car çəkdi ki: «Ey karvan əhli, siz doğrudan da oğrusunuz». (Zahirdə məqsəd piyalənin oğurlanması idi, əslində isə onların Yusufu atasından oğurlamaları nəzərdə tutulurdu. Yaxud da belə deyilməsinin səbəbi məsləhət olan zəruri bir şey üçün yalan deməyin caiz olmasıdır.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Elə ki, qardaşlarının yükünü hazırladı, bir su qabını qardaşının (Benyaminin) xurcununa qoydu. Sonra səslədi: Ey karvan əhli! Şübhəsiz siz oğrusunuz.”
Nöqtələr
"Siqayə” su içilən qaba deyilir. "Rəhl” dedikdə dəvənin üstünə qoyulan xurcun və xurcun kimi ləvazimatlar nəzərdə tutulur. Ərzaq daşıyan karvanlar "iyr” adlanır.
Xurcuna qab qoymaqla Benyamini saxlamaq planı Yusifin birinci tapıntısı deyildi. O bir dəfə taxılın pulunu qardaşların yükündə qoymaqla onları ikinci dəfə geri qaytara bildi. Bu dəfə isə qardaşını yanında saxlamaq üçün onun yükünə qiymətli bir qab gizlətdi.
Həzrət Yusif birinci dəfə qardaşlarının yükünə onların pulunu qulamlar vasitəsi ilə qoydusa, ikinci dəfə qiymətli qabı şəxsən özü Benyaminin yükündə gizlətdi. (Çünki məsələ məxfi idi..
Təfsirlərdə deyilir ki, Yusif Benyaminlə xəlvəti görüşdüyü vaxt ondan soruşdu ki, qardaşının yanında qalmaq istəyir, yoxsa yox? Benyamin razılıq verdi. Amma yada saldı ki, qardaşları onu geri qaytaracaqlarına söz veriblər. Yusif dedi: "Mən sənin qalmağın üçün plan hazırlayaram”. Demək Yusif Benyaminin razılığı ilə bu planı cızmışdı.
Sual: Nə üçün bu macərada günahsız insan oğurluqda ittiham olunur?
Cavab: Yusif Benyamini öz yanında saxlamaq üçün bu oğurluq planını cızmışdı. Benyamin qardaşının yanında qalmaq xatirinə bu planla razılaşmışdı. Qardaşlar öncə narahat olsalar da, axtarışdan sonra onların üzərindən ittiham götürüldü. Yükü yoxlayanlar Yusifin planından xəbərsiz olduqlarından təbii şəkildə fəryad çəkirdilər.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Başqalarının islahı və ixtilafın aradan götürülməsi üçün deyilən yalan yalan sayılmır.” Sonra həzrət hazırkı ayəni xatırlatmışdır.
Bildirişlər
1. Bəzən xeyir məqsədlə səhnə qurmaq, mühüm bir məsələ üçün günahsız adamı öncədən xəbərdar etməklə oğurluqda ittiham etmək olar.
2. Əgər dəstədə bir nəfər xilafkar olsa, xalq bütün dəstəni xilafkarlıqda ittiham edər.

Tez-tez Verilən Suallar

Yusif surəsi 70-cu ayə haqqında suallar və cavablar

Yusif surəsinin 70-cu ayəsi nə haqqındadır?
Beləliklə, elə ki, onları azuqə və səfər vəsaiti ilə təchiz etdi, (elə həmin ərzaq ölçüsü olan) su piyaləsini qardaşının yükünün içinə qoydu. Sonra bir carçı car çəkdi ki: «Ey karvan əhli, siz doğrudan da oğrusunuz». (Zahirdə məqsəd piyalənin oğurlanması idi, əslində isə onların Yusufu atasından oğurlamaları nəzərdə tu...
Yusif surəsi 70-cu ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 70-cu ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 70-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 70-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 70-cu ayənin təfsiri nədir?
"Elə ki, qardaşlarının yükünü hazırladı, bir su qabını qardaşının (Benyaminin) xurcununa qoydu. Sonra səslədi: Ey karvan əhli! Şübhəsiz siz oğrusunuz.” Nöqtələr "Siqayə” su içilən qaba deyilir. "Rəhl” dedikdə dəvənin üstünə qoyulan xurcun və xurcun kimi ləvazimatlar nəzərdə tutulur. Ərzaq daşıyan karvanlar "iyr” adlanır. Xurcuna qab qoymaqla Benyamini saxlamaq planı Yusifin birinci tapıntısı deyildi. O bir dəfə taxılın pulunu qardaşların yükündə qoymaqla onları ikinci dəfə geri qaytara bildi. Bu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.