Yusif surəsi · 66-cı ayə

Dedi: «Onu mütləq mənə gətirəcəyiniz barəsində ə hamılıqla bəla və müsibətə düçar olub həlak olmağınız istisna olmaqla l Allah tərəfindən mənə möhkəm bir əhd-peyman verməyincə, onu əsla sizinlə göndərmərəm». Beləliklə, elə ki, onunla möhkəm əhd-peyman bağladılar, dedi: «Allah bizim dediyimizə vəkil və şahiddir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 66
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ata) dedi: "Allaha and içib, hamınızın başına bir hadisə gəlməsə onu yanıma qaytaracağınıza möhkəm söz verməsəniz, heç vaxt onu sizinlə göndərməyəcəyəm. Elə ki, möhkəm söz verdilər, (ata) dedi: "Allah dediklərimizə vəkildir.”
Nöqtələr
"Məvsiq” dedikdə arxayınlıq yaradan şey başa düşülür. Bu, əhd, and, nəzir ola bilər.
Bildirişlər
1. Sırf qohumluq münasibəti ilə kifayətlənməyin, müqavilələri möhkəmləndirin.
2. Allaha iman, Ona and, Onunla əhd ən möhkəm dayaqdır.
3. Bir şəxsdən pis söz və rəftar gördükdə növbəti dəfə müqaviləni möhkəmləndirin.
4. Övladlarınızı başqalarına asanlıqla qoşub yola salmayın.
5. Müqavilələrdə gücünüzün fövqündəki hadisələri öncə görün. (Gücdən yuxarı vəzifə qadağandır.)
6. Qanuni və hüquqi müqavilələr Allaha təvəkkülü yadınızdan çıxarmasın.

Tez-tez Verilən Suallar

Yusif surəsi 66-cı ayə haqqında suallar və cavablar

Yusif surəsinin 66-cı ayəsi nə haqqındadır?
Dedi: «Onu mütləq mənə gətirəcəyiniz barəsində ə hamılıqla bəla və müsibətə düçar olub həlak olmağınız istisna olmaqla l Allah tərəfindən mənə möhkəm bir əhd-peyman verməyincə, onu əsla sizinlə göndərmərəm». Beləliklə, elə ki, onunla möhkəm əhd-peyman bağladılar, dedi: «Allah bizim dediyimizə vəkil və şahiddir».
Yusif surəsi 66-cı ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 66-cı ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 66-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 66-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 66-cı ayənin təfsiri nədir?
"(Ata) dedi: "Allaha and içib, hamınızın başına bir hadisə gəlməsə onu yanıma qaytaracağınıza möhkəm söz verməsəniz, heç vaxt onu sizinlə göndərməyəcəyəm. Elə ki, möhkəm söz verdilər, (ata) dedi: "Allah dediklərimizə vəkildir.” Nöqtələr "Məvsiq” dedikdə arxayınlıq yaradan şey başa düşülür. Bu, əhd, and, nəzir ola bilər. Bildirişlər 1. Sırf qohumluq münasibəti ilə kifayətlənməyin, müqavilələri möhkəmləndirin. 2. Allaha iman, Ona and, Onunla əhd ən möhkəm dayaqdır. 3. Bir şəxsdən pis söz və rəftar...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.