Yusif surəsi · 65-ci ayə

Və mallarını açanda sərmayələrinin özlərinə qaytarıldığını gördülər. (Atalarını razı etmək üçün) dedilər: «Ey ata, daha biz nə istəyirik? Bu bizim sərmayəmizdir ki, özümüzə qaytarılıb. Və (bu dəfə) ailəmiz üçün azuqə gətirərik və qardaşımızı qoruyarıq. (Onu aparmaqla) bir dəvə yükü artıq (azuqə) alarıq ki, bu, (Əzizin yanında) az bir ölçüdür».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 65
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Elə ki, yüklərini açdılar, gördülər ki, sərmayələri onlara qaytarılıb. Dedilər: "Ey ata başqa nə istəyək?! Bu bizə qaytarılmış sərmayəmizdir. Biz ailəmizin qidasını hazırlayar və qardaşımızı qoruyarıq. Onu aparmaqla bir dəvə yükü də artırarıq. Bu pay (Əziz üçün) əhəmiyyətsiz bir paydır.”
Nöqtələr
Ayə belə mənalandırıla bilər: Gətirdiyimiz miqdar bəs etməz, ikinci dəfə getsək, daha çox gətirərik.
"Nəmir” dedikdə qida maddələri nəzərdə tutulur. "Nəmiru əhləna”, yəni ailənizə qida çatdırarıq.
"Nəzdadu kəylə bəir” cümləsindən məlum olur ki, hər nəfərə bir dəvə yükü pay düşürdü. Hər adam özü şəxsən gedib bu payı almalı idi.
Bildirişlər
1. Yəqubun övladları atalarının yanında yaşayırdılar. Onlar ailənin ruzisini qazanmaq üçün səy göstərirdilər.
2. Yusifin hünəri təkcə insan olmaqda yox, həm də insan tərbiyə etməkdə idi.
3. Yusif həsədçi və ona xəyanət etmiş qardaşlarına gizlində hədiyyə verirdi ki, onların qayıdışı üçün şərait yaratsın. Quran buyurur ki, pisliyi yaxşılıqla dəf edin.
3. Əgər Yusif öncədən pul almasaydı, alıcılar özünü alçaldılmış sayardılar. Hədiyyə məqsədi varsa öncə pulu almaq, sonra ağıllı şəkildə qaytarmaq lazımdır.
4. Əgər bir quşu tutmaq istəyirsinizsə, bir qədər dən səpin. (Yusif onların yükünün dəyərini qaytardı ki, geri dönmələri üçün maraq yaratsın.)
5. Kişi ailənin qidasını verməyə borcludur.
6. Qıtlıq şəraitində ərzaq payı bölüşdürmək Yusif yoludur.

Tez-tez Verilən Suallar

Yusif surəsi 65-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 65-ci ayəsi nə haqqındadır?
Və mallarını açanda sərmayələrinin özlərinə qaytarıldığını gördülər. (Atalarını razı etmək üçün) dedilər: «Ey ata, daha biz nə istəyirik? Bu bizim sərmayəmizdir ki, özümüzə qaytarılıb. Və (bu dəfə) ailəmiz üçün azuqə gətirərik və qardaşımızı qoruyarıq. (Onu aparmaqla) bir dəvə yükü artıq (azuqə) alarıq ki, bu, (Əzizin ...
Yusif surəsi 65-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 65-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 65-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 65-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 65-ci ayənin təfsiri nədir?
"Elə ki, yüklərini açdılar, gördülər ki, sərmayələri onlara qaytarılıb. Dedilər: "Ey ata başqa nə istəyək?! Bu bizə qaytarılmış sərmayəmizdir. Biz ailəmizin qidasını hazırlayar və qardaşımızı qoruyarıq. Onu aparmaqla bir dəvə yükü də artırarıq. Bu pay (Əziz üçün) əhəmiyyətsiz bir paydır.” Nöqtələr Ayə belə mənalandırıla bilər: Gətirdiyimiz miqdar bəs etməz, ikinci dəfə getsək, daha çox gətirərik. "Nəmir” dedikdə qida maddələri nəzərdə tutulur. "Nəmiru əhləna”, yəni ailənizə qida çatdırarıq. "Nəz...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.