Yusif surəsi · 46-cı ayə

(O, zindana gələrək dedi:) «Yusuf! Ey düz və doğruçu insan! Bizə yeddi arıq inəyin yediyi yeddi kök inək və yeddi yaşıl sünbül və digər quru sünbüllər barəsində fikrini bildir. Bəlkə camaatın yanına qayıtdım, bəlkə (bu təəccüblü yuxunun yozumunu) onlar da bilsinlər.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Şahın göndərdiyi şəxs zindana daxil olub dedi:) Ey Yusuf! Ey doğru danışan insan! Yeddi kök inəyi yeddi arıq inəyin yeməsi və yeddi yaşıl sünbüllə digər yeddi qurumuş sünbül haqqında bizə bir söz de ki, xalqın yanına qayıdım. Ola bilsin ki, onlar (yuxunun sirrindən) agah olalar.”
Nöqtələr
Danışdığı sözü, rəftarı və etiqadı bir-birini təsdiq edən şəxsə "siddiq” deyilir. Yusifin zindan yoldaşı onun söz və rəftarına şahid olduğundan, digər tərəfdən onun təbirlərinin gerçəkliyini gördüyündən Yusifi "siddiq” çağırarmışlar.
Allah-təala həzrət İbrahimi «siddiq» adlandırmış və onu özünə "xəlil”, dost seçmişdir. Allah Məryəmi "Siddiqə” adlandıraraq seçmişdir. Allah-təala Yusifi də siddiq saymış və ona hər şey əta etmişdir. Allah İdrisi "Siddiq” adlandıraraq ona böyük məqam vermişdir. Siddiq dərəcəsində olmayanlara bu dərəcədən olanlarla yaxınlıq tapşırılmışdır.
"Siddiq” həzrət Peyğəmbərin (s) həzrət Əliyə (ə) verdiyi ləqəblərdəndir.
Ayədəki "xəbərdar olalar” ifadəsi, çox ehtimal ki, xalqın Yusifin məqamından xəbər tutmasına işarədir. Yəni "xalqa tərəf qayıdım ki, onlar sənin hansı məqamda olduğunu bilsinlər.”
Bildirişlər
1. İstəkdən öncə qarşı tərəfin kamilliyini yada salmaq yaxşı işdir.
2. Öz istəklərimizlə müsbət keçmişli, siddiq və doğruçu insanlara müraciət edək.
3.Hökumət alimlərin və mütəxəssislərin biliyinə ehtiyaclıdır.

Tez-tez Verilən Suallar

Yusif surəsi 46-cı ayə haqqında suallar və cavablar

Yusif surəsinin 46-cı ayəsi nə haqqındadır?
(O, zindana gələrək dedi:) «Yusuf! Ey düz və doğruçu insan! Bizə yeddi arıq inəyin yediyi yeddi kök inək və yeddi yaşıl sünbül və digər quru sünbüllər barəsində fikrini bildir. Bəlkə camaatın yanına qayıtdım, bəlkə (bu təəccüblü yuxunun yozumunu) onlar da bilsinlər.»
Yusif surəsi 46-cı ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 46-cı ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 46-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 46-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 46-cı ayənin təfsiri nədir?
"(Şahın göndərdiyi şəxs zindana daxil olub dedi:) Ey Yusuf! Ey doğru danışan insan! Yeddi kök inəyi yeddi arıq inəyin yeməsi və yeddi yaşıl sünbüllə digər yeddi qurumuş sünbül haqqında bizə bir söz de ki, xalqın yanına qayıdım. Ola bilsin ki, onlar (yuxunun sirrindən) agah olalar.” Nöqtələr Danışdığı sözü, rəftarı və etiqadı bir-birini təsdiq edən şəxsə "siddiq” deyilir. Yusifin zindan yoldaşı onun söz və rəftarına şahid olduğundan, digər tərəfdən onun təbirlərinin gerçəkliyini gördüyündən Yusif...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.