"(Yusif cavab olaraq) dedi: Yeddi il ard-arda əkin, yığdığınızı - yediyiniz az hissə istisna olmaqla - sünbüldə saxlayın.”
Nöqtələr
Yusif zindan yoldaşının onu unutmasından gileylənməyərək, yuxunun təbiri üçün heç bir şərt qoymadan təbirə başladı. Cəmiyyətin ehtiyacı olan vaxtda biliyi gizləmək pak insanların kərəmindən uzaqdır.
Yusif yuxunu təbir etməkdən əlavə, aydın bir proqram bəyan etməklə qıtlıqla mübarizə yolunu göstərdi. Bu yolla məlum olurdu ki, Yusif yuxu təbirindən əlavə müdiriyyət gücünə də malik idi.
Bu ayədə əkinçilik, ehtiyac azuqə siyasəti, məsrəfdə qənaət mövzularına da işarə olunmuşdur.
Bildirişlər
1. Öz qurucu proqramlarımızı minnət qoymadan, umacaqsız təqdim edək.
2. Cəmiyyəti xilas etmək üçün şəxsi problemlərə göz yummaq lazımdır. (Yusif zindanda olması ilə bağlı bir söz demədi. O, xalqı çətinlikdən qurtarmaq barədə düşünürdü.)
3. Böhranın həlli və çətin vəziyyətdə cəmiyyətin idarəsi hökumətin əsas vəzifələrindəndir.
4. Hökumətlər qıtlıq və quraqlığı öncədən müəyyənləşdirməlidir. Bolluq əyyamında tədbir görməklə qarşıdakı çətinliklər yüngülləşdirilməlidir.
5. Şərait münasib olduqda həmin şəraitdən son dərəcə bəhrələnmək lazımdır.
6. Qarşıda böhran olduqda istehsal və işin tutumunu artırmaq lazımdır.
7. İlahi insanlar xalqın rifahı haqqında düşünməlidirlər. Uzun müddətli və qısa müddətli planlar hazırlanmalıdır.
8. Proqramlaşdırma və müdiriyyətdə zaman çox mühüm amildir.
9. Vəziyyətin müəyyənləşdirilməsi kafi deyil, proqram hazırlamaq lazımdır.
10. İstehsalda proqramlaşdırma, qənaət və ehtiyat toplanması zəruridir. (Geri qalmış cəmiyyət bu mərhələləri nəzərə almadan məsrəf edir.)
11. İstehsal və istehlaka dövlət nəzarəti böhranlı vəziyyətlərdə zəruri bir işdir.
12. Buğda sünbüldə qaldıqda ömrü uzanır.
13. Planlaşdırma vasitəsilə qıtlıq, zəlzələ və sel kimi təbii hadisələrlə mübarizə aparmaq olar.
14. Gələcəklə bağlı planlaşdırma və idarəçilik Allaha təvəkkül və Onun qarşısında təslimçiliklə zidd deyil. (Tədbir tökməklə təqdirin qarşısını alaq.)
15. Nəzərdə tutulmuş plan reallaşma imkanına malik olmalıdır. (Haqqında danışılan dövrdə ən yaxşı yol buğdanı sünbüldə saxlamaq idi.)
16. Hər aclıq pis olmur. Nəzərdə tutulan qıtlıq Yusifin hakimiyyəti üçün müqəddimə oldu, qənaət və xalqın daha artıq fəaliyyətinə zəmin yaratdı.
17. Gələcəyin nəzərə alınması və uzun müddətli proqramlar hazırlanması cəmiyyətin üzləşdiyi iqtisadi çətinliklərlə mübarizədə müdiriyyət şərtidir.
18. Bugünkü qənaət sabahkı ehtiyacsızlıq, bugünkü israf sabahkı möhtaclıqdır.
19. Həqiqət kafirlərin yuxusu vasitəsilə də bəyan oluna bilər. Belə bir yuxunun cəmiyyətin hifzi üçün göstəriş olması mümkündür.
20. Bu gün sabah üçün daha səylə çalışmaq lazımdır.