Yusif surəsi · 42-ci ayə

Və (Yusuf) o iki nəfərdən, xilas olacağını bildiyi birinə dedi: «Məni öz ağanın yanında yada sal.» Lakin Şeytan ona ağasının yanında onu yada salmağı unutdurdu. Buna görə də Yusuf bir neçə il (üç il ilə doqquz il arasında) zindanda qaldı.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"(Yusif) azad olacağını bildiyi məhbusa dedi: "Ağanın yanında məni də yada sal.” (Amma) şeytan ağasına xatırlatmağı onun yadından çıxardı. Nəticədə (Yusif) neçə il zindanda qaldı.”

Nöqtələr
"Zənnə” sözü etiqad və elm mənasında da işlədilmişdir. Çünki ötən ayədə Yusif bir məhbusun azad olunacağı və digərinin edam ediləcəyini qəti şəkildə xəbər vermişdi. Bu səbəbdən də ayədəki "zənn” sözü şübhəli güman mənası kimi başa düşülməməlidir.
Ondan aşağı ədədlər "bizə” adlanır. Əksər təfsirçilər həzrət Yusifin yeddi il zindanda qaldığını bildirir.
Bəzi təfsirlərdə "fəənsahuş şeytanu” cümləsi "şeytan Yusifin yadından Rəbbini çıxardı və o, Allahın əvəzində şahın saqisinə üz tutdu” kimi tərcümə olunmuşdur. Belə bir rəftar Yusif üçün "tərki ovla”, yəni yaxşı bir işin tərk olunması sayılır. Bu səbəbdən Yusif sonra da zindanda bir neçə il qaldı. Amma Əllamə Təbatəbai belə yazır: "Bu sayaq rəvayətlər Qurana ziddir. Çünki Quran Yusifi müxlislərdən sayır, şeytan isə müxlislərə nüfuz edə bilmir.” Bundan əlavə, növbəti iki ayədə bildirilir ki, unudan şəxs bir müddət sonra Yusifi yada saldı. Məlum olur ki, unutmaq mövzusu Yusifə yox, saqiyə aiddir.
Bildirişlər
1. Peyğəmbərlər də öz problemlərini adi yolla həll edirlər. Bunun tövhid və təvəkküllə heç bir ziddiyyəti yoxdur.
2. Hər istək rüşvət sayılmamalıdır.
3. Öz günahsızlığınızı və paklığınızı sübut etmək üçün istənilən sağlam yolla həqiqəti məsullara çatdırın.
4. Saray həyatı, rifah və asayiş biçarələrin dərd-qəminin unudulması üçün zəmin yaradır.
5. İnsanlar vəzifəyə, məqam və rifaha çatdıqdan sonra, adətən, keçmiş dostlarını unudurlar.
6. Yusifin zindandan çıxması və onun üzərindən ittihamın götürülməsi şeytanın oyunlarına uyğun olmadığından, o, qurğu qururdu.

Tez-tez Verilən Suallar

Yusif surəsi 42-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 42-ci ayəsi nə haqqındadır?
Və (Yusuf) o iki nəfərdən, xilas olacağını bildiyi birinə dedi: «Məni öz ağanın yanında yada sal.» Lakin Şeytan ona ağasının yanında onu yada salmağı unutdurdu. Buna görə də Yusuf bir neçə il (üç il ilə doqquz il arasında) zindanda qaldı.
Yusif surəsi 42-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 42-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 42-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 42-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 42-ci ayənin təfsiri nədir?
"(Yusif) azad olacağını bildiyi məhbusa dedi: "Ağanın yanında məni də yada sal.” (Amma) şeytan ağasına xatırlatmağı onun yadından çıxardı. Nəticədə (Yusif) neçə il zindanda qaldı.” Nöqtələr "Zənnə” sözü etiqad və elm mənasında da işlədilmişdir. Çünki ötən ayədə Yusif bir məhbusun azad olunacağı və digərinin edam ediləcəyini qəti şəkildə xəbər vermişdi. Bu səbəbdən də ayədəki "zənn” sözü şübhəli güman mənası kimi başa düşülməməlidir. Ondan aşağı ədədlər "bizə” adlanır. Əksər təfsirçilər həzrət Yu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.