Yusif surəsi - Ayə: 41

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 41
«Ey mənim iki zindan yoldaşım! Amma (yuxularınızın yozulmasına gəldikdə,) sizdən biriniz (azad olacaq və) öz ağasına şərab içirəcəkdir. O birisi isə dar ağacından asılacaq və quşlar onun başından (beynindən) yeyəcəklər. Siz iki nəfərin, yozumunu istədiyiniz işin hökmü (Allah tərəfindən) verilmişdir və onun baş verməsi qətidir».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 41. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 41 MÖHSÜN QƏRAƏTİ.

"Ey mənim zindan dostlarım! Sizlərdən biriniz (azad olduqdan sonra) öz ağasına şərab içirər, digəri isə dardan asılar. (Darda o qədər qalar ki,) quşlar (dimdikləri ilə) onun başından yeyərlər. Haqqında mənim nəzərimi bilmək istədiyiniz iş qəti və labüddür.”
Nöqtələr
"Rəbb” sözü hakim, malik, ağa mənasını bildirir. "Rəbbud-dar” dedikdə "ev sahibi” başa düşülür. "Fəyəsqi rəbbəhu xəmrən”, yəni öz ağasına şərab içirər.
Bildirişlər
1. Sizinlə eyni fikirdə olmasalar da, insanlara hörmətlə yanaşın.
2. Müraciət edənlərə növbə ilə cavab verilməlidir. (Həzrət Yusif daha tez danışılan yuxunu birinci təbir edir.)
3. Təkallahçı olmayan insanın da yuxuları bəzən mühüm təbirə malik ola bilər.
4. Xoş xəbəri öncə deyin.
5. Yuxu xoş olmasa da təbirçi onu təbir edə bilər.
6. Yusifin yuxu təbiri öngörənlik yox, Allah tərəfindən qəti xəbərdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.