Yusif surəsi - Ayə: 26

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 26
(Yusuf) dedi: «Bu qadın məndən kam almaq istədi.» Və qadının ailəsindən olan bir şahid (bir müdrik kişi və ya beşikdə olan bir körpə) şəhadət verdi (onları əqli dəlilə doğru istiqamətləndirdi və o, köynəyin necə cırılması məsələsidir) ki: «Əgər onun köynəyi qabaqdan cırılıbsa, onda qadın düz deyir və o, yalançılardandır.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 26. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 26 MÖHSÜN QƏRAƏTİ.

"(Yusif) dedi: "O məndən kam almaq istədi.” Qadının ailəsindən olan bir şahid şəhadət verdi ki, əgər Yusifin köynəyi qabaqdan cırılmışsa, qadın düz deyir. O, yalançılardandır. (Əgər qadın doğru desəydi, Yusif və Əzizin zövcəsi üzbəüz çarpışmalı və köynək qabaqdan cırılmalı idi.)”

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.