Yusif surəsi - Ayə: 28

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 28
Beləliklə, (ağası) onun köynəyinin arxadan cırıldığını görəndə dedi: «Bu, siz qadınların məkr və hiyləsindəndir. Doğrudan da sizin (kişilərin ürəklərini cəlb etmək üçün) hiyləniz böyükdür.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 28. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 28 MÖHSÜN QƏRAƏTİ.

"Elə ki, (Əzizi-Misr) onun arxadan cırılmış köynəyini gördü, (həqiqəti anladı və) dedi: "Şəksiz, bu siz qadınların hiylələrindəndir. Əlbəttə, sizin hiyləniz böyükdür.”

Nöqtələr
Şeytanın hiyləsini zəif sayan Quran , ayədə qadınların hiyləsini böyük hesab edir. "Təfsire-Safi”də bildirildiyinə əsasən, şeytanın hiyləsi ona görə zəif sayılır ki, gözə görünmür, anidir və oğurluqdur. Qadının hiyləsi isə göz qabağındadır, daimidir və məhəbbətlə müşayiət olunur.
Bəzən Allah böyük işləri kiçik vasitələrlə həyata keçirir. Məsələn, Əbrəhənin əzəmətli qoşunu əbabil quşları vasitəsilə məhv edildi. İslam Peyğəmbəri (s) hörümçək toru vasitəsilə qorundu. Dəfn qaydası qarğa vasitəsilə öyrədildi. Məryəmin paklığı uşağın danışması ilə sübuta yetdi. Yusifin paklığı köynəyinin necə cırılması ilə təsdiqləndi. Bir ölkə hüd-hüd (şanapipik) quşu vasitəsilə iman gətirdi, Kəhf əshabı bir pul sikkəsi ilə tapıldı.
Bildirişlər
1. Mühakimədə dəlillərə istinad olunması, məhəbbət və kinə yer verilməməsi ədalətin tələbidir.
2. Məntiqi ədalət hər bir insanı müti edir. (Əzizi-Misr şahidin dediklərinə tabe oldu.)
3. Cinayət səhnəsindəki izlər və detallar diqqətlə araşdırılmalıdır.
4. Qəti bir nəticə əldə etdikdə hökmü yubanmadan elan edin.
5. Əzizi-Misrdə nisbi ədalət vardı və o, məsələlərə insafla yanaşırdı. (O kimsəni sual-cavabsız ittiham etmədi, sorğu-sualdan sonra Yusifə haqq qazandırdı.)
6. Haqq pərdə arxasında qalmır, günahkar bir gün rüsvay olur.
7. Haqq sözü acı və zərərimizə olsa da, qəbul edək. (Əziz qəbul etdi ki, günahkar onun öz arvadıdır.)
8. Günahkar qadınların hiyləsindən qorxun. Onların hiyləsi təhlükəlidir.
9. Məkr və hiylə nə qədər böyük olsa da, ifşa oluna bilər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.