Yusif surəsi - Ayə: 34

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 34
Beləliklə, Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan dəf etdi. Həqiqətən O, eşidən və biləndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 34. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 34 MÖHSÜN QƏRAƏTİ.

"Belə ki, Rəbbi onu (duasını) qəbul etdi və qadınların hiyləsini ondan pak etdi. Çünki O (Allah) eşidən və biləndir.”

Bildirişlər
1. İlahi insanların duası qəbuldur.
2. Bəzən çətinliklər ilahi yardımların nazil olması və qurtuluş yolunun açılması üçün zəmin olur.
3. Paklıq və iffət duanın qəbul olması üçün zəmindir.
4. Allahdan xaliscəsinə, səmimi qəlbdən istəmək Onun lütfü ilə nəticələnir.
5. Yusifin Misir qadınlarının hiyləsindən qurtarmaq üçün etdiyi dua dərhal qəbul oldu. ("Fəstəcabə” sözündəki "fa” hərfi sürət rəmzidir.)
6. Allaha pənah aparan şəxs hifz olunur.
7. Bəzən düşmənin gördüyü iş bizim xeyrimizə tamamlanır. (Düşmən Yusifi zindana atmaqla onu Züleyxanın əlindən xilas etdi.)
8. İsmətli olmaq üçün peyğəmbər olmaq zəruri deyil. (Yusif günahdan pak olduğu vaxt peyğəmbərliyə çatmamışdı.)
9. Duanın qəbul olması Allahın eşidən, görən və alim olmasının dəlilidir.
10. Xalqın müraciət etdiyi kəs öncə yaxşı eşitməyi bacarmalı, sonra öz elmi ilə problemi aradan qaldırmalıdır. Allah-təala da duanın qəbul məqamında belədir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.