"Həqiqətən, (Əzizi-Misrin arvadı) ona (Yusufa) meyl etdi. Əgər Allahın dəlilini görməsəydi, o da meyl edərdi. Bu sayaq (dəlillərlə ona kömək etdik ki,) pisliyi ondan uzaqlaşdıraq. Çünki o Bizim xalis bəndələrimizdəndir.”
Nöqtələr
İmam Sadiq (ə) buyurur: "Rəbbinin dəlili” dedikdə həmin elm, yəqin və hikmət nuru nəzərdə tutulur. Allah-təala ötən ayələrdə ona hikmət və elm verdiyini bildirirdi. Bəzi rəvayətlərdə bildirilir ki, dəlil dedikdə Yusifin öz atası və ya Cəbrailin qiyafəsini müşahidə etməsi nəzərdə tutulur. Amma bu xəbərin səhih sənədi yoxdur.
Quranda Allah düşmənlərinin ilahi övliyalara qarşı planlarına dəfələrlə işarə olunmuşdur. Bildirilir ki, Allah onların planlarını puça çıxardı.
Təbuk döyüşündən qayıdarkən münafiqlər Peyğəmbərin (s) dəvəsini hürkütməklə onu qətlə yetirmək istədilər,. amma bu plan baş tutmadı. Onlar Peyğəmbəri (s) azdırmaq üçün də çox çalışdılar. Bəzən də Allahın rəsuluna (s) təcavüz etmək fikrinə düşdülər.
Yusif məsum və pak idi. Hər hansı vasitə ilə Yusiflə rabitədə olanların onun haqqında dediklərini nəzərdən keçirək:
1. Allah-təala buyurur: "(Biz Yusifə dəlillərlə kömək etdik) ki, pisliyi ondan uzaqlaşdıraq. Çünki o Bizim xalis bəndələrimizdəndir.”
2. Yusif deyirdi: "Pərvərdigara! Mənim üçün zindan, dəvət olunduğum günaha batmaqdan üstündür.” Digər bir yerdə Yusif belə deyir: "Mən sahibim olmayan yerdə ona xəyanət etmədim.”
3. Züleyxa dedi: "Həqiqətən, mən Yusifə yaxınlaşdım, amma o məsum idi.”
4. Əzizi-Misr dedi: "Ey Yusif! Bu əhvalatı aşkarlama. «Züleyxaya isə belə dedi: "Günahına görə tövbə et.»
5. Yusifin paklığına şəhadət verən şəxs dedi: «Əgər köynək arxadan cırılmışsa, məlum olur ki, Yusif pakdır.»
6. Misir qadınları dedilər: "Biz ondan heç bir günah və pislik görmədik.”
7. Hamını aldadacağını vəd edən İblis dedi: "Mən xalis bəndələri aldada bilmirəm.”
Bildirişlər
1. İlahi yardımlar olmasa, hamı büdrəyər.
2. İstənilən bir səhnədə Allahın dəlillərini görmək mümkündür.
3. Peyğəmbərlərin də başqa insanlar kimi daxili meyilləri var. Amma onlar Allahın hüzuruna inandıqlarından günah etmirlər.
4. Allahın zikrindən qəflət günaha yol açır, Allaha diqqət insanı günahdan qoruyur.
5. Xalis insanı günahdan qoruyan səbəbdir.
6. Xalisanə ibadət günahdan uzaqlaşmaqlıqda müvəffəqiyyət rəmzidir.
7. Allah Öz xalis bəndələrini hifz edir.
8. Pislik xalisliklə bir araya sığmır.
9. Xalislik təkcə Yusifə aid deyil. Onun yolunu getməklə müxlislik məqamına yaxınlaşmaq olar.