Yusif surəsi - Ayə: 27

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 27
«Və əgər onun köynəyi arxadan cırılıbsa, onda qadın yalan deyir və o doğruçulardandır.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 27. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 27 MÖHSÜN QƏRAƏTİ.

"Əgər onun köynəyi arxadan cırılmışsa, demək, qadın yalan deyir və o, (Yusif) doğruçulardandır.”

Nöqtələr
Bəzi rəvayətlərdə şahidin bir uşaq olduğu bildirilir. İsa beşikdə danışdığı kimi, bu uşaq da dilə gəlmişdi. Amma bu sənədin etibarlı sənədi olmadığından onu əsas götürmək olmaz. Çox ehtimal ki, şahid Əzizin müşavirlərindən olmuşdur. Bu düşüncəli şəxs də hadisəni öz gözləri ilə görsəydi, şərt cümləsi işlətməz, özü şəhadət verərdi.
Yusif öncə danışmadı. Əgər Əzizin arvadı ona böhtan atmasaydı, Yusif onun şəxsiyyətini alçaltmaz, "o istədi” deməzdi.
Daha pak insanlar daha çox böhtana məruz qalırlar. Qadınlar arasında Məryəmdən pakı yox idi. Amma ona böhtan atdılar. Kişilər arasında da Yusif kimi pakı olmayıb. Onu da zindana saldılar. Amma Allah-təala iki halda onların paklığını sübuta yetirir.
Yusifin əhvalatında onun köynəyi ciddi bir dəlil oldu. Köynəyin arxadan cırılması Yusifin günahsızlığını və Əzizin zövcəsinin günahkarlığını sübuta yetirdi. Digər bir tərəfdən, Yusifin köynəyinin cırılmaması onun qardaşlarının yalanını açdı. Yusifin qardaşları atalarına "onu canavar yedi” dediyi vaxt ataları soruşdu: "Bəs nə üçün onun köynəyi cırılmayıb?!” Əhvalatın sonunda isə Yusifin köynəyi atasının gözünün açılması üçün vasitə olur.
Bildirişlər
1. İttiham olunan şəxs özünü müdafiə edib əsl günahkarı tanıtdırmalıdır. Yusif Züleyxanın böhtanına "o meyl etdi” deməklə münasib cavab verdi.
2. Mühakimə aparan şəxs həm şikayətçinin, həm də müttəhimin sözünü dinləməlidir. Hadisə araşdırıldıqdan sonra hökm vermək olar. (Bu əhvalatda Əzizin zövcəsi dedi ki, Yusif pis məqsəddə idi. Yusif isə bu böhtanı rədd edib dedi: "O meyl etdi.” Şahid də köynəyin necə cırılması vasitəsi ilə həqiqəti yalandan fərqləndirdi.)
3. Susmaq həmişə yaxşı iş sayılmır, günahsızı müdafiə etmək vacibdir.
4. Həqiqətin açıqlanmasına yardım bəyənilmiş bir işdir.
5. Mühakimədə sənədə əsaslanaraq danışan və dediyini dəlillərlə sübuta yetirən kəs şahid hökmündədir.
6. Allah kimsənin ağlına gəlməyən yolla insanları himayə edir.
7. Allah istəyən vaxt günahkarın yaxınları da onun əleyhinə şəhadət verirlər.
8. Şahidlik və hakimlikdə əsl-nəsəbi, mövqe və qohumluğu nəzərə almağa icazə verilmir.
9. Qohumların bir-birinin ziddinə şəhadət verməsi daha çox əminlik yaradır.
10. Mühakimədə şikayətçi və müttəhimin dediklərindən əlavə, hadisə araşdırılmalıdır.
11. Mühakimədə hər bir günahın təhlili üçün mütəxəssisə ehtiyac var.
12. Günahın müəyyənləşdirilməsində buraxılmış izlər əsasında günahkar tanınır, hadisə qiymətləndirilir.
13. Qazi öz dəlilləri əsasında hökm çıxara bilər.
14. Günah və günahkarı müəyyənləşdirmək üçün peşəkar üsullardan bəhrələnmək lazımdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.