Yusif surəsi · 30-cu ayə

Və şəhərdə (Misirdə) qadınlardan bir neçəsi dedi: «Əzizin (Misir valisinin) zövcəsi öz qulundan kam almaq istəyir! Onun məhəbbəti ürəyinin pərdəsindən qəlbinin dərinliklərinə sirayət edib. Həqiqətən biz onu açıq-aşkar bir azğınlıqda görürük.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 30
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Şəhərdəki qadınlar dedilər: "Əzizin zövcəsi öz qulamına meyl edib, ondan kam almaq istəyib. Həqiqətən, onu bir qulam özünə vurğun etmişdir. Həqiqətən, biz onu aşkar azğınlıqda görürük.”

Nöqtələr
"Şəğaf” dedikdə ürəyi qulaq tək örtülmüş nazik pərdə nəzərdə tutulur. "Şəğəfəha hubbən” dedikdə Züleyxanın qəlbində Yusifin məhəbbətinin kök atması, şiddətlənməsi başa düşülür.
Yusifin haqqında iki dəstə belə dedi: "Ona həddi aşan məhəbbət azğınlıq nişanəsidir.” Bu dəstələrdən biri Yusifin qardaşları idi. Onlar atalarını Yusifi sevdiyi üçün azğın sayırdılar. Digər bir dəstə Misir qadınları idi. Yusifi həddən artıq sevdiyi üçün onlar Züleyxanı azğınlıqda ittiham edirdilər.
Hər kəs Yusifi özü üçün istəyir: Yəqub onu öz övladı sayır; karvan onu özü üçün sərmayə bilir; Əzizi-Misr onu oğulluğu sanır; Züleyxa onu məşuq kimi istəyir; məhbuslar onu yuxularının təbiri üçün arzulayır; amma Allah-təala Yusifi Öz rəsulu sayır və Yusifə qalan da elə həmin bu risalət məqamıdır.
Bildirişlər
1. Vəzifəlilərin ailəsində baş verən hadisələr tez yayılır. Onlar öz rəftarlarına qarşı diqqətli olmalıdırlar.
2. Günahkarın qapıları bağlaması onu rüsvayçılıqdan qurtara bilməz.
3. Ailə üzvlərinin nöqsanları kişinin, ailə başçısının ayağına yazılır.

Tez-tez Verilən Suallar

Yusif surəsi 30-cu ayə haqqında suallar və cavablar

Yusif surəsinin 30-cu ayəsi nə haqqındadır?
Və şəhərdə (Misirdə) qadınlardan bir neçəsi dedi: «Əzizin (Misir valisinin) zövcəsi öz qulundan kam almaq istəyir! Onun məhəbbəti ürəyinin pərdəsindən qəlbinin dərinliklərinə sirayət edib. Həqiqətən biz onu açıq-aşkar bir azğınlıqda görürük.»
Yusif surəsi 30-cu ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 30-cu ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 30-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 30-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 30-cu ayənin təfsiri nədir?
"Şəhərdəki qadınlar dedilər: "Əzizin zövcəsi öz qulamına meyl edib, ondan kam almaq istəyib. Həqiqətən, onu bir qulam özünə vurğun etmişdir. Həqiqətən, biz onu aşkar azğınlıqda görürük.” Nöqtələr "Şəğaf” dedikdə ürəyi qulaq tək örtülmüş nazik pərdə nəzərdə tutulur. "Şəğəfəha hubbən” dedikdə Züleyxanın qəlbində Yusifin məhəbbətinin kök atması, şiddətlənməsi başa düşülür. Yusifin haqqında iki dəstə belə dedi: "Ona həddi aşan məhəbbət azğınlıq nişanəsidir.” Bu dəstələrdən biri Yusifin qardaşları id...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.