Yusif surəsi · 20-cu ayə

Onu ucuz bir qiymətə, bir neçə dirhəmə satdılar (qardaşları məlumat üçün gəldikdə, onu qaçmış qul adı ilə karvandakılara və onlar da onu mərkəzə apararaq Misirin valisinə satdılar). (Qardaşlar rüsvay olmaq qorxusundan, karvandakılar isə onda azad insan əlamətləri olduğu üçün) ona rəğbətsiz idilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 20
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Karvan əhli) Yusifi ucuz qiymətə, bir neçə dirhəmə satdı. Ona rəğbət göstərmədilər.”
Nöqtələr
Yusif vücudunu ucuz satan peşman olar. Ömür, gənclik, izzət, istiqlal, paklıq Yusif səciyyəsidir və bütün bunları ucuz satmaq olmaz.
Bildirişlər
1. Asan yolda əldə olunan mal asanlıqla əldən çıxar.
2. Quldarlığın və qul alverinin böyük tarixi var.
3.Karvan əhlinin Yusifə rəğbətsizliyi onun gələcəyi üçün faydalı oldu.
4. Bir şeyin qiymətini bilməyən kəs onu ucuz qiymətə verir.
5. Dəyərli insanlara bir müddət rəğbət göstərilməsə də, nə vaxtsa onların dəyəri üzə çıxır. (Qul kimi satılan Yusif bir gün hakim oldu.)
6. Pulun neçə min illik tarixi var.
7. Qafil insanlar Yusifi ucuz qiymətə satdılar. Amma agah və aşiq qadınlar onu mələyə oxşatdılar. İmam Sadiq (ə) buyurur: "Kişidən dərrakəli qadın çoxdur.”

Tez-tez Verilən Suallar

Yusif surəsi 20-cu ayə haqqında suallar və cavablar

Yusif surəsinin 20-cu ayəsi nə haqqındadır?
Onu ucuz bir qiymətə, bir neçə dirhəmə satdılar (qardaşları məlumat üçün gəldikdə, onu qaçmış qul adı ilə karvandakılara və onlar da onu mərkəzə apararaq Misirin valisinə satdılar). (Qardaşlar rüsvay olmaq qorxusundan, karvandakılar isə onda azad insan əlamətləri olduğu üçün) ona rəğbətsiz idilər.
Yusif surəsi 20-cu ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 20-cu ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 20-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 20-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 20-cu ayənin təfsiri nədir?
"(Karvan əhli) Yusifi ucuz qiymətə, bir neçə dirhəmə satdı. Ona rəğbət göstərmədilər.” Nöqtələr Yusif vücudunu ucuz satan peşman olar. Ömür, gənclik, izzət, istiqlal, paklıq Yusif səciyyəsidir və bütün bunları ucuz satmaq olmaz. Bildirişlər 1. Asan yolda əldə olunan mal asanlıqla əldən çıxar. 2. Quldarlığın və qul alverinin böyük tarixi var. 3.Karvan əhlinin Yusifə rəğbətsizliyi onun gələcəyi üçün faydalı oldu. 4. Bir şeyin qiymətini bilməyən kəs onu ucuz qiymətə verir. 5. Dəyərli insanlara bir ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.