Yusif surəsi - Ayə: 19

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 19
Bir karvan gəlib çıxdı. Onlar (su gətirmək üçün quyuya) su daşıyanlarını göndərdilər. O, vedrəsini (quyuya) salladı və elə ki, quyudan çıxartdı, birdən) dedi: «Ay muştuluq! Bu, bir oğlan uşağıdır! Və (su daşıyanlar) onu (karvandan və ya karvançılar onu başqa yol yoldaşlarından) ticarət sərmayəsi kimi gizlətdilər. Allah onların etdiklərini bilirdi.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 19. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 19 MÖHSÜN QƏRAƏTİ.

"(Yusif o vaxta qədər quyuda qaldı ki,) bir karvan gəlib çatdı. Suçunu göndərdilər (ki, su gətirsin). O öz qabını quyuya atdı. (Yusif qabın ipindən yapışıb quyunun ağzına qalxdı.) Suçu fəryad çəkdi: "Şad xəbər, bu bir oğlandır.” Onu əşyatək gizlətdilər (ki, kimsə onun sahibi olduğunu iddia etməsin), halbuki Allah onların etdiyi işdən agah idi.”
Nöqtələr
Allah Öz xalis bəndələrini tənha buraxmır, çətinliklər zamanı onlara nicat verir. Allah Nuha suyun üstündə, Yunusa suyun altında, Yusifə suyun kənarında nicat verdi. İbrahim odda, Musa dəryanın ortasında, Məhəmməd mağarada, Əli (ə) Peyğəmbərin (s) yatağında hifz olundu.
Allahın iradəsi ilə quyuya atılan qabın ipi Yusifin xilası üçün vasitə oldu. Bu ipdən yapışan Yusif nəhayət taxt-taca çatdı. Bəli, Allahın ipindən yapışan beləcə yüksəlir!
Bildirişlər
1. Bəzən insanı öz adamları quyuya atır. Amma Allah istədiyi vaxt onu biganələrin əli ilə xilas edir.
2. İş bölgüsü müdiriyyət və kollektiv yaşayış prinsiplərindəndir. (Karvanda su üçün məmur vardı.)
3. Bəziləri insana əşya kimi baxır.
4. Həqiqəti xalqdan gizləmək olar. Bəs hər şeydən xəbərdar olan Allahdan necə?!
Müəllif: MÖHSÜN QƏRAƏTİ.